“Baktelecom” telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib
“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) müasir dövrün texnoloji üstünlüklərinə əlçatanlığı təmin etmək məqsədilə GPON ((Gigabit Passive Optical Network) texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifini dəyişdirib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Baktelecom” 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.
Bu məqsədlə GPON 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 2022-ci il avqustun 6-dan müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.
Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60 faizədək daha az) ödəniş edirlər.
Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN-dir.
Qeyd edək ki, genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
Abunəçilərin diqqətinə bir daha çatdırılır ki, iyulun 6-da “www.baktelecom.az” saytı və qurumun sosial şəbəkələrdəki hesabları üzərindən sözügedən tarif dəyişikliyi ilə bağlı məlumat təqdim olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yaz mövsümü və allergik xəstəliklər
29 Mart
Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib
29 Mart
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29 Mart
Barselonada ekstremal quraqlıq hökm sürür
29 Mart
Erməniəsilli şəxs xarici işlər naziri oldu - Fələstində
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb
29 Mart
"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli olub
29 Mart
Lavrov: Münasibətləri pozan Paşinyandı
29 Mart
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
29 Mart
Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!