23 Dekabr 2022 23:04
755
İDMAN
A- A+

Bakıda “Vüqar Həşimov Memorialı-2022”nin bağlanış mərasimi olub  

 

Dekabrın 23-də Bakıda beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan səkkizinci superturnirin bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, turnirin direktoru, Əməkdar məşqçi Anar Allahverdiyev yarışın gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını deyib. Təmiz və ədalətli oyun nümayiş etdirdikləri üçün iştirakçılara minnətdarlığını bildirən A.Allahverdiyev Vüqar Həşimovun ədalətlilik prinsipinə sadiq olduğunu və rəqibə hörmətlə yanaşdığını vurğulayıb. Bildirib ki, “Vüqar Həşimov Memorialı-2022” ölkəmizdə ilin sonuncu irimiqyaslı idman yarışı kimi yaddaşlarda qalacaq. Turnir səmimi və mehriban şəraitdə keçdi. Buna görə iştirakçılara və hakimlərə təşəkkürümü bildirirəm”.

Vüqar Həşimov Fondunun əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək olduğunu diqqətə çatdıran A.Allahverdiyev deyib: “Digər məqsədimiz gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etməkdir”.

Sonra memorialdan bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra turnirin baş hakimi Lütfiyar Rüstəmov yarışın nəticələrini açıqlayıb.

Sonda Vüqarın atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov turnirin kubokunu Özbəkistan şahmatçısı Nodirbek Abdusattorova təqdim edib.

Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov turnirin ənənə halı almasında dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb, turniri bağlı elan edib.

Turnirdə 25,5 xalla özbəkistanlı Nodirbek Abdusattorov birinci olub. Hesablarında 20,5 xal olan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov ilk üçlükdə yer alıblar.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video