27 Yanvar 2022 11:18
383
CƏMİYYƏT
A- A+

Bakıda Holokost qurbanlarının beynəlxalq anım günü ilə əlaqədar tədbir təşkil olunub

Yanvarın 27-də ADA Universitetində Holokost qurbanlarının beynəlxalq anım günü ilə əlaqədar “Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi, İsrail Dövlətinin, Niderland Krallığının ölkəmizdəki səfirliklərinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən tədbirdə İsrailin və Niderlandın ölkəmizdəki səfirləri Corc Dik və Paulin Eizema, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Milli Məclisin deputatları Anatoliy Rafailov və Asim Mollazadə, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, dövlət rəsmiləri, diplomatlar və digərləri iştirak ediblər.

Tədbirin açılışında BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub.

Açılış nitqində antisemitizm və ksenofobiyanın davam etdiyini bildirən BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreeva hadisələrin təkrarlanmaması üçün hər kəsi Holokost qurbanlarını və həmin vaxt baş vermiş dəhşətli hadisələri xatırlamağa, bu həqiqətləri unutmamağa və yeni nəslə çatdırmağa çağırıb. O, Azərbaycanda Holokost qurbanlarının xatirəsinin yad edilməsini, həmçinin ölkənin bu cür əməllərə və antisemitizmə qarşı mübarizə istiqamətində səylərini vurğulayıb. Azərbaycanın Birləşmiş Millətlər Sivilizasiyalar Alyansının Yeddinci Qlobal Forumuna, Dördüncü və Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına ev sahibliyi etdiyini bildirən Vladanka Andreeva, hər zaman ölkəmizin mədəniyyətlərarası dialoq və dini tolerantlığa önəm verdiyini qeyd edib.

Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik yanvarın 20-də BMT-nin Baş Assambleyasında qəbul olunmuş Holokostun inkarı ilə bağlı qətnaməni dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib. Səfir bu günün həm də Holokostla mübarizə aparmış bütün şəxslərə, o cümlədən azərbaycanlılara həsr olduğunu da vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Holokostla bağlı keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək, keçmişdə baş verən bu kimi dəhşətli hadisələrin gələcəkdə təkrarlanmasının qarşısının alınmasında böyük rol oynadığını deyib. O, Holokostun hələ İkinci Dünya müharibəsindən daha öncə başladığını bildirib. Fərid Şəfiyev, həmçinin BMTM tərəfindən nəşr olunan, ermənilərin Azərbaycana qarşı yeritdiyi düşmənçilik siyasətindən bəhs edən “Ermənistanda Azərbaycanafobiya” adlı hesabatı da diqqətə çatdırıb.

Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema bu önəmli tədbirin Bakıda keçirilməsinə görə öz təşəkkürünü bildirib. Səfir yanvarın 24-dən 30-dək Holokost qurbanlarının beynəlxalq anım günü münasibətilə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin, İsrailin və Niderlandın Azərbaycandakı səfirliklərinin birgə sosial media kampaniyası keçirdiyini vurğulayıb. Paulin Eizema kampaniya çərçivəsində Azərbaycandan olan yeddi məşhur şəxsin Anna Frankın gündəliyindən bir hissə səsləndirdiklərini söyləyib.

Sonra Holokost faciəsindən qurtulmuş Azərbaycan vətəndaşı Lev Zaxaroviç Şvarts bu dəhşətli hadisə ilə bağlı xatirələrini bölüşüb. Əslən Ukraynadan olan, hazırda isə Bakıda yaşayan Şvarts nasist Almaniyasının tamamilə yox etdiyi 3 min nəfərdən ibarət yəhudi icmasının hekayəsini danışıb. O qeyd edib ki, ailəsi Holokost dəhşəti ilə üzləşsə də özü möcüzə nəticəsində ölümdən xilas ola bilib.

Daha sonra panel müzakirəsində hökumətə bağlı tədqiqat mərkəzi, Milli Məclis və vətəndaş cəmiyyəti təmsilçiləri antisemitizm, ksenofobiya və irqçilik meyllərinin törətdiyi təhlükələrə nəzər yetirərək, Beynəlxalq Holokostu Anma İttifaqının antisemitizmə dair bəyanatının qəbul olunması da daxil olmaqla bu kimi zərərli cərəyanlara qarşı görüləcək mümkün mübarizə tədbirlərinə dair fikir mübadiləsi aparıblar.

Tədbir “Anım Mühafizəçiləri” təşəbbüsü və Şvartsın hekayəsini gələcək nəsillərə ötürəcək insanların təqdim olunması ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video