10 Dekabr 2024 14:48
323
SİYASƏT
A- A+
Bakıda “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib  

Bakıda “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib  

Dekabrın 10-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə (BMTM) "Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Ermənistanla sülhün əldə edilməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan 2020-ci ildən əvvəl də sülhün əldə edilməsi üçün çalışıb. “Bu problemin kökü 100 illər əvvələ dayanır. 2020-ci və 2023-cü illərdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən sonra sülh üçün imkanlar yaranıb. Lakin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi ilə bağlı Ermənistanın mövqeyi qeyri-müəyyən olaraq qalır. Ermənistanın ali qanunu olan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizin Ermənistana sülh sazişi barədə təklif göndərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, qələbə qazanan ölkənin məğlub tərəfə sülh təklifi etməsi az hallarda baş verən prosesdir. O bildirib ki, Ermənistanla sülh sazişi barədə ABŞ-da, Rusiyada və Qazaxıstanda müzakirələr aparılıb.

Sülhün əldə edilməsindəki maneələrdən danışan E.Məmmədov qeyd edib ki, Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir. Digər bir problem isə müxalifətin mövqeyidir.

"Azərbaycan torpağı olan Qarabağın Ermənistanın bir hissəsi adlandırılması onların milli ideologiyasıdır, halbuki Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib. Ermənistanın davranışları Alma-Ata Bəyannaməsinə ziddir. Bu ölkə öz Konstitusiyasında dəyişiklik etməməklə bərabər, reallıqları da təhrif edir. Müzakirələrdə Qarabağın Azərbaycanın bir hissəsi olması barədə suallara Ermənistan tərəfi cavab verə bilmir. Çünki ölkəmizə qarşı ərazi iddiaları onların qanunvericiliyində mövcuddur”, - deyə nazir müavini vurğulayıb

ADA Universitetinin Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov Ermənistanın delimitasiya prosesində iştirakının öz Konstitusiyasına zidd olduğunu qeyd edərək deyib: “Delimitasiya əsas vermir ki, sülh müqaviləsi imzalansa Ermənistan buna əməl edəcək. Ermənistan Konstitusiyasının preambulasında ərazi iddiaları çox güman ki, “fundamental qayda” kimi təsnif edilir. Sülh müqaviləsi isə öhdəliklərlə potensial ziddiyyətlər yaradır. Hazırda ərazi iddiaları çıxarılmayıb və Ermənistanın qanunvericiliyində mərkəz olaraq qalır”.

Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə "Ermənistan Konstitusiyası və qanunlarında sülh müqaviləsinə maneələr" mövzusunda birinci paneldə Milli Məclisin deputatı Erkin Qədirli, ADA Universitetinin Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov və erməni ekspert Onnik Krikoryanın ("Zoom" vasitəsilə) çıxışları dinlənilib.

ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən "Sülh naminə konstitusiyaların dəyişdirilməsi - beynəlxalq təcrübələr" adlı ikinci paneldə isə Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp, Türkiyənin Kadir Has Universitetinin prorektoru Mitat Çelikpala, siyasi elmlər üzrə professor və Avropa Şurası tərəfindən dəstəklənən İctimai siyasət məktəbinin (Tereza Ana) direktoru Zidas Daskalovski Avropa təcrübələrini, xüsusilə İrlandiyanın və Şimali Makedoniyanın nümunəsindəki presedentləri nəzərdən keçiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

21:42
25 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

21:39
25 Yanvar

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

21:35
25 Yanvar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

20:53
25 Yanvar

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

20:33
25 Yanvar

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

20:28
25 Yanvar

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

20:24
25 Yanvar

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

19:38
25 Yanvar

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

18:57
25 Yanvar

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

18:31
25 Yanvar

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

18:09
25 Yanvar

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

17:51
25 Yanvar

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb  

17:34
25 Yanvar

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı təşkil olunub

17:09
25 Yanvar

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

16:49
25 Yanvar

Gözə kül üfürməyə ehtiyac yoxdur

16:42
25 Yanvar

Münxendə 23 polis avtomobili yandırılıb  

16:20
25 Yanvar

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

15:45
25 Yanvar

Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad edib

15:32
25 Yanvar

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

15:11
25 Yanvar

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

15:06
25 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!