02 Fevral 2023 18:24
379
İQTİSADİYYAT
A- A+

Bakıda Azərbaycan-Böyük Britaniya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moran arasında görüş olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Cənub Qaz Dəhlizinin töhfələri, növbəti inkişaf fazası, eləcə də bərpa olunan enerji sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrlə bağlı müzakirələr aparılıb. Azərbaycan ilə Böyük Britaniya arasında enerji əməkdaşlığının inkişafında BP şirkəti ilə tərəfdaşlıq əlaqələrinin mühüm rolu qeyd olunub. Həmçinin “Fortescue Future Industries” (FFI) şirkəti ilə Energetika Nazirliyinin yaşıl enerji və hidrogen üzrə 12 QVt-dək güclərinin yaradılmasına dair əməkdaşlığı maraqla qarşılanıb. Yaşıl texnologiyalar, enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasından irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video