Bakı Şəhəri İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti “Tbilisoba” bayramında iştirak edib
Bu gün Gürcüstanda ənənəvi olaraq “Tbilisoba” bayramı qeyd olunur. İki gün davam edəcək bayram çərçivəsində paytaxt Tbilisinin Orbeliani, Qudiaşvili meydanlarında, Heydər Əliyev, Leqvtaxevi və Rike parklarının ərazilərində bayram yarmarkaları açılıb. Gürcüstandakı milli azlıqların nümayəndələri də bayram günündə xüsusi guşələr təşkil edib, milli mədəniyyət və mətbəx nümunələrini nümayiş etdirirlər.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə Tbilisidə səfərdə olan nümayəndə heyəti, eləcə də görkəmli ictimai-siyasi xadim Həsən Həsənov bayram münasibətilə yaradılmış Azərbaycan guşəsi ilə tanış olublar.
Tbilisi meriyasının nəzdindəki Milli Azlıqlar Şurasının azərbaycanlı üzvü və guşənin təşkilatçısı Gültəkin Mustafayeva qonaqlara ətraflı məlumat verib. O, səfirliyin dəstəyi ilə yaradılmış guşədə Azərbaycanın zəngin mədəniyyət, incəsənət və mətbəx nümunələrinin sərgiləndiyini bildirib.
Gənc tarzən Ramin Pirməmmədovun ifasında səslənən Azərbaycan musiqisi guşəni ziyarət edənlərə xüsusi ovqat bəxş edib.
Sonra E.Əzizov, H.Həsənov və səfir Faiq Quliyev Orbeliani sarayının qarşısında təşkil olunmuş yarmarkaya və burada Tbilisi ilə qardaşlaşmış şəhərlərə aid guşələrlə tanış olublar.
Tbilisinin meri Kaxa Kaladze E.Əzizovu və nümayəndə heyətinin üzvlərini mehribanlıqla qarşılayıb, Bakı guşəsi barədə qonaqlara məlumat verib.
Qeyd edək ki, oktyabrın 1-də həm də “Tbilisinin fəxri vətəndaşları” təltif olunacaqlar.
“Tbilisinin fəxri vətəndaşı” adına elm, mədəniyyət, incəsənət, siyasət və iqtisadiyyat sahələrində xüsusilə fərqlənən şəxslər layiq görülürlər. Bu dəfə “Tbilisinin fəxri vətəndaşı” adına Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Həsən Həsənov layiq görülüb.
“Tbilisinin fəxri vətəndaşı” adını daşıyan vətəndaşlara diplomla yanaşı, şəhərin simvolik açarı da təqdim olunur.
Qeyd edək ki, bu günədək “Tbilisinin fəxri vətəndaşı” adına layiq görülənlər sırasında beş Azərbaycan vətəndaşı da var.
“Tbilisinin fəxri vətəndaşı” adını alan ilk azərbaycanlı bu şəhərdə anadan olmuş görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi olub. O, bu ada 1982-ci ildə layiq görülüb.
Gürcüstan paytaxtının ikinci azərbaycanlı fəxri vətəndaşı məşhur müğənni, SSRİ Xalq artisti və Gürcüstanın Əməkdar incəsənət xadimi Rəşid Behbudovdur. Ona bu fəxri ad 1987-ci ildə verilib.
Fəxri vətəndaşlar arasında Azərbaycanın hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarovun da adı var. O, bu ada 2009-cu ildə layiq görülüb.
Azərbaycanlı iş adamı Şahin Mövsümov da Tbilisinin fəxri vətəndaşıdır. O, 2012-ci ildən “Tbilisinin fəxri vətəndaşı”dır.
Gürcüstan paytaxtının beşinci azərbaycanlı “fəxri vətəndaşı” Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğludur. Fəxri ad ona 2015-ci ildə verilib.
Həsən Həsənov “Tbilisinin fəxri vətəndaşı” fəxri adına layiq görülmüş 6-cı şəxsdir.
Məlumat üçün bildirək ki, bu bayramın əsası 1979-cu ildə qoyulub.
“Tbilisoba” bayramı və “Tbilisinin fəxri vətəndaşı” adının verilməsi ənənəsi 1988-ci ildən 1995-ci ilə qədər dayandırılıb.
Lakin 1995-ci ildə “Tbilisoba” bayramının təntənəli keçirilməsi bərpa olunub və fəxri adın verilməsi də bayramın tərkib hissəsi kimi davam etdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
25 Aprel
Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik
25 Aprel
İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq
25 Aprel
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib
25 Aprel
Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək...
25 Aprel
Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib ...
25 Aprel
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
25 Aprel
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
25 Aprel
“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib
25 Aprel
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!