24 Iyun 2022 00:37
653
ELANLAR
A- A+

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC açıq tender elan edir

 

LOT -  1. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı"nın abadlaşdırılması işlərinin satın alınması

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən (əlaqələndirici şəxs:  Əhməd Məmmədov, tel: 496-52-05) ala bilərlər: 

İşlərin qısa təsviri:

"Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı"nın abadlaşdırılması işlərinin görülməsi

Tenderdə iştirak haqqı: 3000,00 (üç min) AZN

Hh: AZ22IBAZ38030019446253269215 

VÖEN: 1702563281 

Kod: 805625

VÖEN: 9900001881

 M/h: AZ03NABZ01350100000000002944  

SWİFT: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 95 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri;

- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (son üç il (01 yanvar 2019-cu il - 30 may 2022-ci il) ərzində ümumi məbləği 10 milyon AZN-dən az olmayan, oxşar parkın əsaslı təmiri işini əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı bir sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər (müqavilə, işlərin təhvil aktları təqdim edilməklə)  son üç il (01 yanvar 2019-cu il - 30 may 2022-ci il) ərzində ən azı 5 milyon AZN dövriyyə tələb olunur. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV 1-ci və 2-ci bəndində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir;

- podratçının son 3 (üç) il (2019-2021) ərzində təhvil verdiyi parkın ümumi sahəsi azı 100 000 (yüz min) m2 təşkil etməlidir (Qeyd: parkın ərazisində tamet işləri, mərmər işləri, ən azı 1 müasir standartlara cavab verən fəvvarə və ya göl tikintisində təcrübəsi olan)  və digər məlumatları özündə əks etdirən təsdiqedici sənədlər təqdim edilməlidir;

-  iddiaçının avadanlığı və texnikası barədə məlumatlar;

-  tələb olunan işçi heyəti 1) Yol mühəndisi - minimum 2 il təcrübəsi olmalıdır.

2) Geodez-Topoqraf - minimum 5 il təcrübəsi olmalıdır. 3) Təhlükəsizlik mühəndisi (SƏTƏM) - minimum 2 il təcrübəsi olmalıdır. 4) İş icraçısı - minimum 2 il təcrübəsi olmalıdır. 5) Mühəndis-mexanik - minimum 2 il təcrübəsi olmalıdır.  6) Mühəndis elektrik - minimum 2 il təcrübə olmalıdır. 7) İxtisaslı botanik.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20.07.2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.07.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Xətai rayonu,  Nəcəfqulu Rəfiyev, 17 ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-də 29.07.2022-ci il saat 11:00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video