15 Iyul 2022 10:11
1423
Səhiyyə
A- A+

Badımcan xolesterini azaldan mükəmməl yay tərəvəzidir

Yay tərəvəzləri arasında yüksək xolesterin və artıq çəki ilə ən yaxşı mübarizə aparanlardan biri badımcandır, - deyə qidalanma mütəxəssisi Ekaterina Antipova bildirir.

AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, E.Antipova müsahibəsində badımcanı orqanizmin fəaliyyətini yaxşılaşdırmaq, immuniteti gücləndirmək və arıq bədən quruluşunu saxlamaq üçün ideal yay tərəvəzi adlandırıb. Mütəxəssisin sözlərinə görə, badımcanın qabığı orqanizmin xərçəngin inkişafına gətirən proseslərə qarşı müdafiəsini yaxşılaşdıran güclü antioksidant rolunu oynayan nasunin də daxil olmaqla, antotsianlarla zəngindir.

Badımcan orqanizmi oksidləşdirici stressdən, hüceyrələrin zədələnməsindən və müdafiə mexanizmlərinin zəifləməsindən qoruyur.

Həmçinin, yay tərəvəzinin başqa bir komponenti olan xlorogen turşusu şişlərə qarşı (həmçinin virus və mikroblara qarşı) xüsusiyyətlərə malikdir.

Badımcanın digər faydalı maddələri arasında damar sisteminin və ürəyin vəziyyətinə yaxşı təsir göstərən mineralları qeyd etmək olar (xüsusən bunlar kalium, kalsium, maqneziumdur). Onların liflə birlikdə tərəvəzdə olduğunu nəzərə alsaq, badımcanı yüksək xolesterini azaltmaq üçün ideal qida məhsulu hesab etmək olar. Ürək-damar xəstəlikləri, şəkərli diabet və yüksək xolesterin olan insanlar üçün badımcan müalicəvi rasionda tövsiyə olunan qida məhsuludur.

Antipova badımcanları yağda qızartmadan hazırlamağı məsləhət görüb. Bundan əlavə, ekspert xəbərdarlıq edib ki, tərəvəz bəzi insanlar üçün ziyandır. Bu risk qrupuna böyrəklərində problem olan insanlar, mədə-bağırsaq traktının xroniki xəstəlikləri (qastrit, mədə xorası, öd daşı xəstəliyi) və allergiyası olan insanlar daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video