08 Dekabr 2021 00:35
1269
İQTİSADİYYAT
A- A+

“Azərsulfat” MMC və “Glassica” QSC-də tikinti işləri gedir

 

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisələri də istehsalın və ixracın genişlənməsinə təkan verəcək istehsal sahələrindəndir.

Hazırda bu müəssisələrdə layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri aparılır. Eyni zamanda istehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. “Glassica” QSC-də Almaniya, “Azərsulfat” MMC-də isə Çin texnologiyalarından istifadə ediləcək. Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, bunun artıq 7 milyon dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75 faizi yerinə yetirilib.

Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 milyon dollar sərmayə qoyulub və işlərin 60 faizi tamamlanıb.

Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hər iki müəssisənin 2022-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Sulfat turşusu və şüşə tara məhsullarının istehsalı müəssisələri idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqlar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video