20 Yanvar 2022 00:42
759
İQTİSADİYYAT
A- A+

“Azərenerji” bu ərazilərdə yüksəkgərginlikli hava xətlərini yeraltı kabel xətləri ilə əvəz edir

 

Bakı şəhəri Heydər Əliyev prospektinin Sabunçu rayonunun ərazisindən keçən və hava limanı yolunda bir neçə dəfə kəsişən, o cümlədən ərazidəki yaşayış massivlərində mövcud olan yüksəkgərginlikli 110 kilovoltluq hava elektrik verilişi xətləri “Azərenerji” tərəfindən demontaj edilərək yeraltı kabel xəttinə keçirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinin məlumatına görə, 110 kilovoltluq “Ramana” Yarımstansiyasının ikidövrəli olmaqla 8 istiqamətdə giriş-çıxış xətləri ümumilikdə 10 km uzunluqda, təkdamarlı olaraq isə 32 km məsafədə müasir tələblərə cavab verən kabel xətləri ilə əvəz olunur. Heydər Əliyev prospekti və digər yollarla kəsişmədə tunel tipli keçidlər tikilir. Qeyd edək ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, hava limanı yolunun estetik görünüşünə də xələl gətirir.

90 il bundan əvvəl tikilən və istismar müddətini dəfələrlə keçən 110 kilovoltluq “Ramana” Yarımstansiyası da sökülərək tam rəqəmsal formada yenidən qurulur.

İstismar müddətini keçən, eyni zamanda artan tələbatı qarşılaya bilməyən 110/20/6 kilovoltluq “Ramana” Yarımstansiyasının gərginlik sinfi dəyişdirilərək 110/35/6 kilovoltluq gərginlik sinfinə keçiriləcək, gücü artırılacaq və ən əsası geniş ərazini tutan açıq tipli yarımstansiya sökülərək daha müasir, GİS tipli qurğularla təchiz olunmuş qapalı tipli mobil rəqəmsallaşdırılmış yarımstansiyaya çevriləcək.

Yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli hava limanı yolu qazılmayacaq və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən böyükhəcmli borular xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin altına keçiriləcək.  Bununla da xüsusi layihə əsasında həyata keçirilən işlər nəticəsində Heydər Əliyev prospekti və digər yol kəsişmələrində iri anker dayaqların görünməz yeraltı kabellərlə əvəz edilməsiylə ərazinin xarici görünüşü yaxşılaşacaq, ekoloji tələblərə cavab verəcək, ən əsası isə baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısı alınaraq enerjinin ötürülməsi daha müasir qaydada həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video