"Azercell"in baş sponsorluğu ilə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya festivalı başa çatıb
Lider operatorun "Rəqəmsal Yaşam Studiyası"nda təqdim olunan innovativ xidmət və həllər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb
Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və "Azercell Telekom" MMC-in baş sponsorluğu ilə keçirilən "TEKNOFEST" Aerokosmik və Texnologiya festivalı başa çatıb.
Bütün türk dünyasının böyük coşqu ilə izlədiyi möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər, "TEKNOFEST"in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank da iştirak ediblər.
"TEKNOFEST Azərbaycan"nın baş sponsoru olan "Azercell" şirkəti festivalda xüsusi "Rəqəmsal Yaşam Studiyası" konsepsiyasını təqdim edib. Festivalın ilk günündə "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalovanın müşayiəti ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi qonaqlar şirkətin stendini ziyarət ediblər, burada təqdim olunan innovativ məhsullar və texnoloji həllərlə tanış olublar.
Festivalın keçirildiyi dörd gün ərzində "Azercell"in "Rəqəmsal Yaşam Studiyası"nda 1200-dən çox ziyarətçi şirkətin xidmətlərindən ibarət rəqəmsal səyahətdə olub. "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədini əsas tutan "Azercell"in təqdim etdiyi "ağıllı şəhər" konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həlləri ziyarətçilər maraqla qarşılayıb. Stenddəki "Azercell Life və Azercell Akademiyası" guşəsində şirkət təmsilçiləri gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında məlumat təqdim ediblər. "Azercell"in "Rəqəmsal Yaşam Studiyasında" artırılmış reallıq səyahətinə qoşulan hər bir ziyarətçiyə maraqlı hədiyyələr, uşaqlara kitab və suvenirlər təqdim olunub. Qeyd edək ki, 29 mayda "Azercell" stendinin qonağı olan şəhid övladlarını "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova hədiyyələrlə qarşılayıb.
Bu ilin ən yaddaqalan tədbirinə çevrilən "TEKNOFEST Azərbaycan"ı dörd gün ərzində yüz minlərlə insan ziyarət edərək Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ layihələri ilə tanış olublar. Texnologiya sahəsinin parlaq simalarını kəşf etdirən bu festival çərçivəsində 8 texnoloji yarışma, 3 beynəlxalq tədbir keçirilib, qalib komandaların üzvləri prezidentlər və digər rəsmi qonaqlar tərəfindən təltif olunub.
Bu il 5 illiyini qeyd edən festivalın məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır ...
20 Aprel
Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa ...
20 Aprel
Dünya birjalarında neft bahalaşıb
20 Aprel
Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə ça...
20 Aprel
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib ...
20 Aprel
Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib ...
20 Aprel
Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb
20 Aprel
Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb...
20 Aprel
970 milyon seçicisi olan ölkə
20 Aprel
Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq ...
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!