"Azercell Telekom" MMC "Bakı Marafonu -2022"nin baş sponsorudur
Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət edir
May ayının 15-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, "Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu" keçiriləcək.
Bu il "Bakı Marafonu" yubileyini qeyd edir. Artıq 5 ildir ki, həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevər "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu"nda yarışır. Bu dəfə yarış sağlam həyat tərzi pərəstişkarlarını həm də yeni marşrut ilə sevindirəcək. Eyni zamanda marafonun start və finiş nöqtəsi eyni məkanda yerləşəcək. İştirakçılar Dövlət Bayrağı Meydanında toplaşacaq və 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıdacaqlar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaradacaq.
Yarışa qatılmaq may ayının 10-dək "Gənclik Mall", "28 Mall" və ya "Dəniz Mall"da quraşdırılmış xüsusi məntəqələrə müraciət etməklə, eləcə də www.marathon.az saytı üzərindən qeydiyyatdan keçməklə mümkündür (ətraflı: www.marathon.az).
Qeyd edək ki, "Azercell Telekom" MMC 2017-ci ildən etibarən "Bakı Marafonu"nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda "Azercell Telekom" MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcəklər.
Fəaliyyət dövrü ərzində sağlam həyat tərzini təşviq edən "Azercell" hər kəsi "Bakı Marafonu"na qatılmağa səsləyir və bütün yarışçılara uğurlar arzu edir!
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib ...
26 Iyun
Müzəffər, qüdrətli, modern
26 Iyun
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında...
26 Iyun
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haq...
26 Iyun
Zəfər Ordusu
26 Iyun
Əlahiddə Ümumqoşun Ordu öz missiyasını layiqincə yerinə yetirir
26 Iyun
Ordun varsa, yurdun da var
26 Iyun
Hərb salnaməmizin fəxarət ünvanı
26 Iyun
Yaşat ki, yaşayasan!
26 Iyun
Mənim anam qəhrəmandır...
26 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Zəfərin təməli

Azərbaycan bölgədə təhlükəsizlik sisteminin ən mühüm tənzimləyici amilidir

İlham Əliyevin sərkərdəliyi ilə zəfər qazandıq, indi isə himayəsiylə rahat həyat yaşayırıq...

Qətiyyətli siyasətin təcəssümü

Mütərəqqi islahatlar uğurlu nəticələr verir

“Cənub qaz dəhlizi"nin genişləndirilməsi əhatəli dialoq tələb edir

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!