28 Noyabr 2021 00:03
2108
ELANLAR
A- A+

“Azercell” sosial şəbəkələrdə yarışma elan edir

 

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılacaq

Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 ili tamam olur. Bu münasibətlə ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçiləri arasında müsabiqə elan edir. Müsabiqə rabitənin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir.

“Rabitənin dünəni və bu günü” mövzusuna həsr olunmuş müsabiqə 28 noyabr-

6 dekabr tarixləri arasında “Azercell”in rəsmi sosial şəbəkə hesablarında keçiriləcək. Yarışma iştirakçıları təqdim olunan şəkillərdə gizlin detalları aşkara çıxarmaqla hədiyyə qazanacaqlar. “Gizlini aşkara çıxar, hədiyyəni apar” şüarı ilə keçiriləcək yarışma qeyd olunmuş zaman çərçivəsində abunəçilərə müxtəlif hədiyyələr qazanmaq imkanı verəcək. 

Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabr ayının 23-də istismara verilib. Uzunluğu 6 km olan bu telefon xətti “Nobel qardaşlarının neft istehsalı şirkəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirib. Elə həmin tarix ölkəmizdə rabitə əsrinin başlanğıcı kimi qəbul edilir.

Azərbaycanda mobil rabitə sektorunun flaqmanı sayılan “Azercell Telekom” MMC-nin hazırladığı müsabiqələr hər zaman müasir cəmiyyətin, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına, tariximizin öyrənilməsinə və təbliğatına xidmət edir.

Müsabiqədə iştirak edin, həm maariflənin, həm də hədiyyə qazanın!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video