22 Iyun 2022 03:51
1314
ELANLAR
A- A+

"Azercell" məhsulları artıq "Azərpoçt" məntəqələrində

 

"Azərpoçt"un Bakı və Abşeron məntəqələrində təqdim edilən "Azercell" xidmətləri yaxın gələcəkdə bütün şöbələrdə mümkün olacaq

 

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan ölkənin lider mobil operatoru "Azercell Telekom" abunəçiləri üçün rahat bağlantını təmin etmək məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyət ilə yeni formatda əməkdaşlığa başlayır.

Belə ki, hazırda Bakı və Abşeron üzrə "Azərpoçt" məntəqələrində "Azercell"in ödəmə kartları və digər xidmətlərinin göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə bütün ölkəni əhatə etməsi nəzərdə tutulur.  Qeyd edək ki, həmin məntəqələrdə xüsusi təlim keçmiş "Azərpoçt" əməkdaşları abunəçilərin "Azercell" xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirə biləcəklər.

Paytaxt və bölgələr boyu fəaliyyət göstərən "Azercell" Müştəri Xidmətləri Mərkəzləri, "Azercell" Eksklüziv ofisləri, və "Azercell"in rəsmi diler məntəqələrində abunəçilər üçün mümkün olan xidmət çeşidləri yaxın zamanda "Azərpoçt" məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək.

Xatırladaq ki, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə ənənəvi poçt xidmətləri, bank, sığorta və sair kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və s. kimi maliyyə xidmətləri, eləcə də elektron hökumət və biznes xidmətlərini təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan "Azərpoçt" ilə ölkənin aparıcı mobil rabitə operatoru "Azercell Telekom"un əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video