31 Avqust 2022 13:12
773
Elm və texnika
A- A+

Azərbaycanlı alim  Praqa şəhərində keçirilən beynəlxalq  konfransda məruzə ilə çıxış edib

 “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyin və İCOMAM (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları) İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Çexiya Respublikasının Praqa şəhərində Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş Konfransında iştirak edərək  “Muzeylər hərb tarixinin qoruyucusu: Azərbaycan, Türkiyə və Rusiya muzeylərinin nümunəsində ” məruzə ilə çıxış edib.  Məruzədə qeyd olundu ki,  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi qələbə nəticəsində 30 il erməni işğalında qalan Azərbaycanın tarixi torpaqlarını azad etdi. Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda sabitliyin yarandığı qeyd olundu. Ermənistan tərəfinin isə hələ də kapitulyasiya şərtlərinə tam əməl etmədiyi vurğulandı. Sonra Azərbaycanın dövlətçilik tarixinin əyani sübutu olan tarixi bayraqlarının, Gəncə xanlığının bayraqları nümunəsində Osmanlı Imperiyasının bayraqları ilə genetik oxşarlığı qeyd edildi.       Hərbi komitənin üzvləri ordu Generalı Aleş Knizek tərəfindən Çexiya Respublikasının Müdafiə Nazirliyinin nəzdində yerləşən “Praqa şəhərinin “Hərbi muzeyi” ilə tanış oldular, daha sonra Praqadan 35 km məsafədə yerləşən Leşanı şəhərindəki “Hərb texnikası” (Tanklar, hərbi təyyarələr, raketlər və artilleriya) barədə əyani olaraq hərtərəfli məlumatlandırıldılar.

İCOM-un Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş konfransı çərçivəsində Baş Asambleyasının iclasında səs çoxluğu ilə xanım Emma Nardi İCOM-um prezidenti seçildi. Sonra  Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş konfransında komitənin fəaliyyət istiqamətləri müzakirə olundu.

  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video