08 Sentyabr 2022 10:58
549
Elm və texnika
A- A+

Azərbaycanlı alim “Bitkilərdə mikroelement metabolizmi” mövzusunda layihə üzrə Ankarada illik konfransda iştirak edib  

 

Azərbaycanlı alim və mütəxəssislər Avropa Komissiyasının COST fəaliyyəti üzrə layihələrində fəal iştirak edirlər. AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva bu proqram çərçivəsində iştirakçısı olduğu “Bitkilərdə mikroelement metabolizmi” mövzusunda layihə üzrə Ankarada keçirilən illik konfransa qatılıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə mikroelementlər üzrə bitki-torpaq əlaqələri, mikroelementlərin çatışmazlığı və toksikliyinə cavab reaksiyaları, metalloproteinlərin rolu, kənd təsərrüfatı, seleksiya və gübrələnmə prosesinin idarə edilməsinə müvafiq yanaşmalar üzrə müxtəlif ölkələrin və elmi qrupların nailiyyətləri və bu istiqamətdə gələcək elmi tədqiqatlar üzrə ətraflı müzakirələr aparılıb. Tədbir zamanı 2023-cü il üzrə fəaliyyət planı üzrə razılıq əldə edilib. Layihənin nəticələri üzrə təkliflərin hazırlanması, fermerlər, həmçinin müvafiq dövlət və özəl təşkilatların nümayəndələri üçün məlumatlandırıcı seminarların təşkili üzrə fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində Esmira Əlirzayeva müvafiq istiqamətlər üzrə bir sıra ölkələrin iştirakçı elmi qurumları ilə ikitərəfli və çoxtərəfli layihələrin hazırlanması və həyata keçirilməsi üzrə müzakirələr aparıb və müştərək fəaliyyət üzrə ilkin istiqamətlər müəyyənləşdirilib.

Qeyd edək ki, layihədə COST-a tam üzv olan 32 ölkədən, həmçinin Azərbaycan daxil olmaqla, 5 yaxın qonşu ölkədən 200-ə qədər alim iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video