23 Iyun 2022 13:35
328
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə daha böyük investisiyalar və əməkdaşlıq üçün geniş imkanlar var  

 

Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət Rumıniya olub. Avropa İttifaqında Azərbaycanla ilk strateji tərəfdaşlıq quran ölkə də Rumıniyadır. Azərbaycanla energetika sahəsində geniş əməkdaşlıq mövcuddur. Hər iki ölkə təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlıq edərək nailiyyətlər əldə edə bilər. Düşünürəm ki, istər energetika, istərsə də digər sahələrdə daha böyük investisiyalar və əməkdaşlıq üçün geniş imkanlar var.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında Komissiyanın Rumıniya tərəfindən həmsədri, bu ölkənin energetika naziri Vircil-Daniel Popesku bildirib.

V.D.Popesku Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dost münasibətlərinin daim inkişaf etməsindən məmnunluq ifadə edib. O, əlaqələrin dərinləşməsi üçün səylərin davam etdirildiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video