07 Oktyabr 2025 08:10
370
SİYASƏT
A- A+
Azərbaycanın sülh addımları beynəlxalq miqyasda təqdim olundu

Azərbaycanın sülh addımları beynəlxalq miqyasda təqdim olundu


Prezident İlham Əliyevin Kopenhagenə səfəri ölkəmizin Avropa siyasi məkanındakı fəal rolunun və artan diplomatik çəkisinin növbəti göstəricisidir. Bu iştirak həm Azərbaycanın xarici siyasət prioritetlərinin davamlılığı, həm də Avropa ilə strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Rəşad Mahmudov qəzetimizə açıqlamasında bildirib ki, Avropa Siyasi Birliyi 2022-ci ildə qitənin müxtəlif ölkələrini - həm Avropa İttifaqına üzv, həm də üzv olmayan dövlətləri bir platformada toplayaraq təhlükəsizlik, enerji, nəqliyyat, iqlim, miqrasiya və sabitlik kimi qlobal məsələlər üzrə dialoqu gücləndirmək məqsədilə yaradılıb: "Azərbaycan bu platformanın ilk gündən etibarən fəal iştirakçılarından biridir. Bu, ölkəmizin qlobal və regional proseslərdə öz mövqeyini birbaşa ifadə etməsinə, həm də yeni əməkdaşlıq istiqamətləri açmasına imkan yaradır. Azərbaycanın bu formatda iştirakı ilk növbədə onun Avropa üçün strateji əhəmiyyət daşıyan enerji və nəqliyyat tərəfdaşı statusunu möhkəmləndirir. Avropanın enerji təchizatında mühüm paya malik olan Azərbaycan bu gün qitənin enerji təhlükəsizliyində etibarlı və uzunmüddətli tərəfdaş kimi tanınır. Bu, təkcə iqtisadi deyil, həm də siyasi etimad məsələsidir. Prezident İlham Əliyevin Kopenhagen sammitində iştirakı bir daha göstərdi ki, Azərbaycan öz enerji potensialını yalnız iqtisadi mənfəət üçün deyil, həm də regional sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsi naminə istifadə edir".

Deputat qeyd edib ki, Avropa Siyasi Birliyində iştirak Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik istiqamətində atdığı addımların beynəlxalq miqyasda daha dolğun təqdim olunmasına şərait yaradır: "Postmünaqişə dövründə regionda davamlı sülhün və qarşılıqlı etimadın bərqərar olması Azərbaycanın prioritet istiqamətlərindəndir. Belə beynəlxalq platformalarda ölkəmizin bu siyasətinin birbaşa Avropa liderlərinin diqqətinə çatdırılması mühüm diplomatik nəticələr doğurur".

R.Mahmudovun sözlərinə görə, Azərbaycanın bu cür görüşlərdə fəal iştirakı həm də milli maraqlar baxımından çoxvektorlu siyasətin uğurlu təzahürüdür: "Qlobal miqyasda geosiyasi dinamika getdikcə mürəkkəbləşir, yeni iqtisadi və təhlükəsizlik xəritələri formalaşır. Belə şəraitdə Azərbaycanın həm Şərq, həm də Qərb istiqamətində balanslı və rasional siyasət yürütməsi ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini gücləndirir. Avropa Siyasi Birliyi bu baxımdan Azərbaycan üçün əlavə dialoq və əməkdaşlıq meydanıdır, burada səslənən mövqelər təkcə diplomatik bəyanat deyil, həm də gələcək strateji istiqamətlərin bünövrəsidir. Bütün bunlar göstərir ki, Avropa Siyasi Birliyi platformasında Azərbaycanın iştirakı yalnız formal xarakter daşımır. Bu həm dövlətimizin Avropa ilə münasibətlərində yeni səhifənin açılması, həm də milli maraqların beynəlxalq səviyyədə müdafiəsi baxımından əhəmiyyətli addımdır. Azərbaycanın bu proseslərdə iştirakı iqtisadi, siyasi və humanitar aspektlərdə yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir".

R.Mahmudov bildirib ki, Prezident İlham Əliyevin Kopenhagen Zirvəsində iştirakı Azərbaycanın regionda sabitliyin, qlobal dialoqun və enerji təhlükəsizliyinin mühüm oyunçusu olduğunu bir daha sübut etdi və ölkəmizin Avropa Siyasi Birliyində tutduğu mövqe, qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq xətti gələcək illərdə də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvar-oktyabr aylarında 491,8 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

14:56
11 Noyabr

Qazaxıstanın qızıl ehtiyatları təxminən 100 ton artıb

14:54
11 Noyabr

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Pokrovsk və Mirnoqrad uğrunda ağır döyüşlər davam edir  

12:52
11 Noyabr

Gəncənin ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulur  

11:51
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!