10 Avqust 2022 13:00
385
İQTİSADİYYAT
A- A+

Azərbaycanın beynəlxalq hava limanlarında iyul ayı ərzində yarım milyondan çox sərnişinə xidmət göstərilib

 

Azərbaycanın beynəlxalq hava limanları 2022-ci ilin iyul ayında 578 min sərnişinə xidmət göstərib. Bu göstərici 2021-ci ilin analoji dövrünün göstəricisindən 87 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin məlumatına görə, beynəlxalq reyslərdə 482 min nəfərə, ötən illə müqayisədə iki dəfədən çox sərnişinə xidmət göstərilib.

Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və Buta Airways qeyd edilən müddət ərzində beynəlxalq reyslərdə 211 min sərnişinə, yəni beynəlxalq daşımaların ümumi sayının 44 faizinə xidmət göstərib.

2022-ci ilin iyul ayında Bakı hava limanına 30 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Aktobedən Bakıya "Qazaq Air" aviaşirkətinin birbaşa reysləri açılıb.

İyul ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Antalya, Dubay, Tbilisi, Ər-Riyad, Abu Dabi, Şərcə, İzmir və Dammam daxil olub. Bu istiqamətlər üzrə ümumilikdə 300 min nəfərə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards" Beynəlxalq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

Bundan əlavə, "Skytrax" tərəfindən Bakı hava limanı yüksək "5 ulduz" reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video