29 Sentyabr 2022 00:57
444
SİYASƏT
A- A+

Azərbaycanda səfərdə olmuş misirli jurnalistlər yerli KİV-də ölkəmiz haqqında məqalələrlə çıxış ediblər

 

Sentyabrın 12-17-də ölkəmizə səfər etmiş misirli jurnalistlər yerli mediada Azərbaycan haqqında məqalələrlə çıxış ediblər. 
AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycanla Misir arasında əlaqələrin inkişafı, iki dost ölkənin iqtisadi tərəqqisi və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində görülən işlərin bənzərliyi və müqayisəli təhlili, Ermənistanın son təxribatları, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri, Azərbaycanın məscidləri və ermənilərin dağıtdığı ibadət ocaqlarının bərpası, paytaxt Bakının görməli yerləri, o cümlədən Qız qalası, xalqımızın çay süfrəsi mədəniyyəti və digər mövzular əks olunub. 
 Misirin nüfuzlu "Cümhuriyyə" qəzeti jurnalist Mustafa Yasinin "Misir-Azərbaycan: İki ölkənin əməkdaşlığı üçün nümunə olan üç onillik, inkişaf və tərəqqi", "Qarabağ: "Misir "Əl Amaeyn" Azərbaycan variantında", "Azərbaycan məscidləri: İnanc və Vətən qalaları, kimlik məktəbləri", "Qarabağ Azərbaycanın rəmzidir", "Qız qalası Azərbaycanda məhəbbət əfsanəsi və vətənin müdafiə qalasıdır", "Paxlava, şokolad və mürəbbə. Azərbaycanın çay süfrəsinin sirləri" sərlövhəli yazılarını dərc edib. 
"Alqrar Alaraby" portalında isə misirli jurnalistlərin "Alqrar Alarabi" ermənilərin azərbaycanlılara qarşı qeyri-insani cinayətlərinin şahididir", "Azərbaycanla Ermənistan arasında yeni qarşıdurmalar", "Qarabağ Azərbaycanın Qələbəsi və inkişafının "parolu"dur. Normal həyata qayıtmaq və işğalın nəticələrini aradan qaldırmaq üçün hərtərəfli strategiya var" sərlövhəli məqalələrini yayımlayıb. Bu yazılarda ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizm və vəhşiliklər, etnik təmizləmə siyasəti, azad olunmuş torpaqlarda sürətlə davam edən bərpa və quruculuq işləri haqqında məlumatlar yer alıb. 
"Şuryan.eg" və "Alrayes" informasiya portallarında yayımlanan "Şuryan Qarabağda ermənilərin azərbaycanlılara qarşı cinayətlərinin şahididir" sərlövhəli məqalədə erməni işğalçılarının Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilib. Bu saytda dərc olunan "Ağdam ərəblərin Azərbaycanda olmasının şahididir" və "Azərbaycan sivilizasiyası erməni barbarlığına qalib gəlir. Davamlı inkişaf təxribatçı cinayətlərin izlərini silir və torpaqların qanuni sahiblərinin hüquqlarını bərpa edir" sərlövhəli yazılarda isə Ağdam rayonunda dağıdılmış İslam irsi abidələri, məscidlər, infrastruktur obyektləri barədə geniş məlumatlar yer alıb. Jurnalist həmçinin Qənimətlər parkından da geniş reportaj hazırlayıb.   
Digər misirli jurnalist Muhammed Rafet Farac isə "Rayetmısr" və "Alvataneamag" portallarında sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar barədə məqalələrlə çıxış edib. Yazılarda  vurğulanıb ki, İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanan Azərbaycan dayanıqlı sülh və regional əməkdaşlıq təklifləri ilə çıxış edir. İşğalçı Ermənistan isə bunun əksinə olaraq, yeni təxribatlara əl atır, bununla da danışıqlar prosesinə zərbə vurur. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video