24 Yanvar 2025 08:00
1465
SİYASƏT
A- A+
Azərbaycana qlobal maraq hər zaman böyükdür

Azərbaycana qlobal maraq hər zaman böyükdür


Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər bunu bir daha təsdiq etdi


İsveçrənin Davos şəhərində yanvarın 21-dən öz işinə başlayan ənənəvi Dünya İqtisadi Forumu maraqlı müzakirələrlə əlamətdar oldu. Sayca 55-ci olan bu forum bu dəfə "İntellektual əsrdə əməkdaşlıq" devizi altında təşkil olunmuşdu.  Forumda 130-dan çox ölkədən 2 min siyasətçinin, iş adamının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, o cümlədən 60 dövlət və hökumət başçısının iştirakı müzakirə olunan məsələlərə qlobal səviyyədə olan maraqdan xəbər verir. 


Azərbaycan aktual məsələlərin müzakirəsində fəaldır


Davos Forumunun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaq və dünyada yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. Davos İqtisadi Forumunun əhəmiyyətini artıran mühüm göstəricilərdən biri də dünyanın birillik iqtisadi gündəliyinin müəyyən edilməsidir.

Son illərdə keçirilən Davos Forumu isə daha çox qlobal siyasi və iqtisadi kataklizmlərin yaşandığı dövrə təsadüf edir. Dünyanın siyasi qütbləri arasında artan gərginliklər, Avrozonadakı iqtisadi çətinliklər, Yaxın Şərqdə baş verən qarşıdurmalar, Ukrayna müharibəsi Davos Forumunun da gündəliyinə təsir göstərir. Elə 55-ci forum da belə bir qlobal konyunktur şəraitində keçirildi. Təbii ki, bu cür tədbirlər və əvvəldən müəyyən olunmuş mövzuların müzakirəsi sonrakı dövrlərdə qlobal məsələlərə təsirsiz ötüşmür. 

Qlobal müzakirələrə Azərbaycan da öz töhfəsini verir. Çünki ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Forumun sessiyalarında müzakirə olunan məsələlərin təməlində Azərbaycanın mövqeyi və onun qazandığı uğurlar da var. Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakına maraq həmişə böyük olub. Bu maraq Prezident İlham Əliyevin keçirdiyi görüşlərdən də aydın görünür. Azərbaycan Prezidentinin hər il keçirilən Davos İqtisadi Forumunda iştirakı dünyanın siyasi elitasının, nəhəng biznes strukturlarının və nüfuzlu KİV-in də diqqət mərkəzində olur. Dövlət başçısının keçirdiyi çoxsaylı görüşlər, iştirak etdiyi sessiyalar siyasi-iqtisadi dairələr, media qurumları tərəfindən maraqla izlənilir.

Əsas diqqətçəkən məqamlardan biri də foruma qatılan ölkələrin Azərbaycanın dünyada və regionda rolunu yüksək qiymətləndirməsi və bəşəriyyəti narahat edən risklərin aradan qaldırılmasında ölkəmizin mövqeyi ilə hesablaşmalarıdır. Bu baxımdan da forum rəhbərliyi hər il yanvar ayında keçirilən toplantıda Azərbaycanın da təmsil olunmasında maraqlıdır.


Səmərəli və məhsuldar görüşlər


Davos İqtisadi Forumu siyasi liderlər, biznes dairələrini və vətəndaş cəmiyyəti institutlarını  təmsil edən şəxslər arasında görüş üçün fürsətdir. Bu baxımdan məhz qarşı tərəfin müraciətinə əsasən, Prezident İlham Əliyevlə görüşlərin keçirilməsi dövlət başçısına olan qlobal maraqdan xəbər verir. Bu, Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunun göstəricisidir.

Prezident İlham Əliyevin Davosa builki səfəri də ötən illərdə olduğu kimi, olduqca səmərəli və məhsuldar keçdi. Bunu İlham Əliyevin qarşı tərəfin müraciətlərinə əsasən, Almaniya Kansleri Olaf Şolts, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Ukrayna Prezidenti Volodimir Zelenski, Latviya Prezidenti Edqars Rinkeviçs, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç,  İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso,  "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru Nik Studer, "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, "Carlsberg Group" şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə keçirdiyi görüşlər də təsdiq edir.

Prezident İlham Əliyevin Davosa builki səfər qrafiki də ötən illərdə olduğu kimi zəngindir. Və bu zənginlik 55-ci dəfə keçirilən Davos İqtisadi Forumunun Azərbaycan üçün uğurlu olacağından xəbər verir. Çünki bu forum Azərbaycanın dünya birliyində və regiondakı yerini və mühüm rolunu, Azərbaycanın inkişafının dayanıqlı olduğunu  bir daha beynəlxalq ictimaiyyətə təqdim etdi.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib

16:30
19 Fevral

Rusiya XİN: Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə viza rejimi tətbiq etmək Moskvanın uzunmüddətli maraqlarına ziddir  

16:28
19 Fevral

Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub  

16:26
19 Fevral

Prezident: Bütün Qarabağ, Şərqi Zəngəzur dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük

16:20
19 Fevral

Prezident İlham Əliyev: Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur  

16:20
19 Fevral

Prezident İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb YENİLƏNİB 

16:16
19 Fevral

Bəhreyn Krallığı 2026-cı ilə qədər Asiya Parlament Assambleyasına rəhbərlik edəcək

16:13
19 Fevral

Cari ilin yanvar ayında 19 milyon 430 min AZN dəyərində narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb  

16:12
19 Fevral

“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib

16:11
19 Fevral

Çin Xalq Bankı ilə institusional əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

16:11
19 Fevral

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb

16:10
19 Fevral

Aİ Ermənistanı müharibəyə təhrik edir  

16:03
19 Fevral

Co Bayden administrasiyasından qalmış “miras”  

15:54
19 Fevral

Türkiyəli deputat: Zəngəzur dəhlizi Türkiyənin geosiyasi mövqeyini gücləndirəcək

15:48
19 Fevral

Oman Sultanlığı Asiya Parlament Assambleyasına tamhüquqlu üzv qəbul edilib

15:47
19 Fevral

Qazaxıstan FHN əməkdaşları Azərbaycan təyyarəsinin qəza-xilasetmə əməliyyatında iştirakına görə təltif olundular  

15:45
19 Fevral

Müdafiə Nazirliyinin rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib

15:44
19 Fevral

Sorğu: Ukraynalıların yarıdan çoxu Zelenskiyə etimad göstərir

15:43
19 Fevral

Yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq

15:42
19 Fevral

“Google” İtaliyaya 326 milyon avro vergi ödəməyə razıdır

15:41
19 Fevral

Butan Milli Assambleyasının sədri: APA-nın 15-ci plenar sessiyası dünya üçün olduqca əhəmiyyətlidir  

15:36
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!