04 Oktyabr 2022 00:57
251
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Türkiyə Körfəzin ərəb ölkələrinin dəmir yolu layihəsində mühüm rol oynaya bilər

 

Müasir dünyada bir sıra dövlətlər idman diplomatiyası, iqlim diplomatiyası və virtual diplomatiya kimi bir-biri ilə münasibətlərini qurmaq və beynəlxalq imicini yaxşılaşdırmaq istiqamətində qeyri-ənənəvi vasitələrdən istifadə etməyə başlayıb. 
Bu vasitələrdən biri də kollektiv iqtisadi mənfəət üçün polad relslər şəbəkəsi yaratmaqla, dövlətlər arasında münasibətlərin qurulmasında həlledici vasitə olan dəmir yolu diplomatiyasıdır. Bunun daha bir bariz nümunəsi Körfəz Ərəb Dövlətləri Şurasına (KƏDŞ) üzv dövlətləri - Küveyt, Qətər, BƏƏ, Bəhreyn, Oman və Səudiyyə Ərəbistanını birləşdirməyi nəzərdə tutan dəmir yolu layihəsidir.
İki qardaş ölkə - Azərbaycan və Türkiyənin də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi vasitəsilə həyata keçirdiyi dəmir yolu diplomatiyası bu kontekstdə mühüm rol oynayacaq. Belə ki, BTQ ölkələrimizi KƏDŞ-in dəmir yolu layihəsi ilə birlikdə Çindən Oman sahilinədək birləşdirəcək haba çevirə bilər.
KƏDŞ-in dəmir yolu layihəsi 2001-ci ildə elan edilib və 2009-cu ildə təsdiqlənib. Lakin Yaxın Şərq regionunda qeyri-müəyyənlik və münaqişələr səbəbindən 2021-ci ilədək həyata keçirilməsi mümkün olmayıb. Ötən il KƏDŞ-ə üzv olmayan dövlətlərin də layihəyə daxil edilməsi ilə ərəb dövlətləri liderlərinin Zirvə görüşündə Körfəz ölkələri Dəmir Yolları İdarəsi təsis edilib və bu prosesə start verilib. Artıq Səudiyyə Ərəbistanı, Oman və BƏƏ-ni birləşdirən 15 milyard dollarlıq 2200 kilometr uzunluğunda olan dəmir yolunun birinci mərhələsinin 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Layihənin Küveyt və Bəhreyni birləşdirəcək ikinci mərhələsinin isə 2025-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur.
Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, bu layihənin aşkar faydalarına baxmayaraq, bir sıra problemlər meydana çıxa bilər və regional maraqların milli maraqlardan üstün olmasını təmin etmək üçün daha sıx əməkdaşlığa ehtiyac duyulur.
Yaxın tarixə nəzər saldıqda, 2010-cu ildə İraq körfəzini Suriya və Türkiyə vasitəsilə Avropaya birləşdirəcək 60 milyard dollarlıq dəmir yolu layihəsi planlaşdırılmışdı. Lakin 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi Bağdadın planlarını pozdu. Bundan sonra Körfəzin ərəb ölkələri bu layihəni yenidən nəzərdən keçirib və bu müzakirələrdə yenidən Türkiyənin əhəmiyyəti gündəmə gəlib.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video