26 Yanvar 2025 08:40
379
SİYASƏT
A- A+
Azərbaycan tutduğu düzgün yolla uğurla addımlayır

Azərbaycan tutduğu düzgün yolla uğurla addımlayır


Bəzi Qərb dövlətləri isə məkrli gedişləri ilə özlərini ifşa edirlər


İqtisadi gücü, qüdrəti artdıqca, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı genişləndirdikcə Azərbaycan dünyanın nüfuzlu dövləti, regionun lider ölkəsi kimi tanınır. Bütün bu amillər Prezident İlham Əliyevin dünyada həmişə yüksək olmuş nüfuzunu daha da yüksəldir. Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, böyük sərmayə gətirən beynəlxalq əhəmiyyətli layihələr ölkəmizin iştirakı olmadan regionda həyata keçirilmir.

Uzun illər ərzində qurub yaratdığı, daim gücləndirdiyi, ən müasir silahlarla təchiz etdiyi ordusu ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Ölkəmiz qüdrətini göstərərək, sözün həqiqi mənasında tarixin gedişini dəyişdi. Bütün bunlar xalqımıza böyük sevinc və başucalığı gətirdi. Bir milyondan çox məcburi köçkünün doğma ocaqlarına qayıtması üçün tarixi şərait yarandı. Amma təəssüflər olsun ki, xalqımızın qazandığı bu uğurları həzm etməyən bəzi ölkələr Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdilər. Belə ki, Qərbin təsir dairəsində olan bəzi beynəlxalq təşkilatlar da ölkəmizə qarşı xoş olmayan münasibət göstərməyə başladılar. Hansı ki, ölkəmiz BMT Nizamnaməsinə uyğun  torpaqlarından işğalçını, Ermənistan silahlı qüvvələrini çıxarmış, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Buna görə Azərbaycana yalnız və yalnız təşəkkür etmək lazım idi. Amma təəssüflər olsun ki, ölkəmiz qərəzli mövqe ilə üzləşdi. Fransa başda olmaqla, erməni lobbisinin təsiri altında olan qüvvələr, beynəlxalq təşkilatlar Azərbaycana qarşı mənasız və reallıqdan uzaq olan bəyanatlar qəbul etməklə iç üzlərini açdılar.

Qəribə idi ki, otuz il Azərbaycan torpaqlarının erməni separatatçılarının işğalında qalmasına, bir milyon soydaşımızın köçkün vəziyyətinə düşməsinə, ev-eşiyindən olmasına, uzun illər əzab-əziyyətlər içində yaşamasına, soyqırımına məruz qalmasına əhəmiyyət verməyən Qərb ölkələri zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra yenidən separatçıların müdafiəsinə qalxdılar. Şübhə yoxdur ki, bütün bunlar xaricdə yaşayan erməni milyonerlərinin pulundan doğan təsirlər idi.  Qərb ölkələrinin bu addımları həm də onu göstərirdi ki, onlar İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətini, Azərbaycanınsa qələbəsini həzm edə bilmirlər. 

Qərbin bəzi ölkələri çirkin məqsədlərinə çatmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə çalışırlar. Onlar yeni media resurslarının yaradılması və Azərbaycan ictimaiyyətinə təsir göstərmək üçün mövcud resursların gücləndirilməsi yolu ilə niyyətlərinə çatmaq istəyirlər. Qərb Azərbaycan vətəndaş cəmiyyəti mühitində öz təsir agentlərini saxlamaq üçün belə səylərini artırmağa çalışır. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların qeyri-standart və geosiyasi ambisiyalara söykənən maraqları isə təkcə ölkəmizdə deyil, dünyada böyük narazılıqlarla qarşılanır. Narazılıqlara səbəb isə ikili standartlara əsaslanan qərəzli mövqedir.

Azərbaycan həm beynəlxalq təşkilatlarla, həm də nüfuzlu ölkələrlə qarşılıqlı əməkdaşlığa böyük önəm verir. Amma təəssüflər olsun ki, biz Qərb ölkələri tərəfindən bunun qarşılığını görmürük. Biz hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik.  30 il ərzində Avropa Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi. Ermənistana işğalçı ölkə demədi. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququnu əlindən almaq mümkün idi. Lakin arxada qalan illərdə biz bunu Avropa Şurasından görmədik. Bu təşkilat nəinki Ermənistanın işğalçı siyasətini tanımadı, əksinə, erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlarda qərəzli qətnamələr qəbul etdi. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Onlar isə meyarlarını erməni separatçılarını müdafiə etməkdə görürlər.

Avropa Şurası COP29-un ölkəmizdə keçirildiyi günlərdə də qərəzli mövqe göstərdi. Qərb dairələri yaxşı bilirdilər ki, Azərbaycan bəşəriyyət üçün əhəmiyyətli olan bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirəcək, dünyaya nümunə olacaq. Bütün bu amillər isə Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq. Belə də oldu. Bundan narahatlıq keçirən Qərb ölkəmizin qazandığı uğurları qısqanclıqla qarşıladı.  Buna görə də ölkəmizə qarşı hər addımda ikiüzlü siyasət yürüdür, qərəzli münasibət göstərir. Bəzi ölkələrin əsas istəyi Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək və çirkin siyasətlərini həyata keçirməkdir. 

Qərb ölkələrinin hansı siyasət yürütdüyünə, hansı addımlar atdığına əhəmiyyət verməyən Azərbaycan tutduğu düzgün yolu ilə gedir. Uğurlu daxili  və xarici siyasəti ilə dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalaq təşkilatları ilə qarşılıqlı əlaqələr qurur, daim öz maraqlarını müdafiə edir. Erməni milyarderlərinin sifarişi əsasında ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən təşkilatlar isə yalnız və yalnız özlərini dünyada hörmətdən və gözdən salırlar.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!