15 Avqust 2024 16:18
359
İQTİSADİYYAT
A- A+
Azərbaycan Türkiyənin İqliməsaslı Ağıllı Kənd Təsərrüfatı təcrübəsini öyrənir

Azərbaycan Türkiyənin İqliməsaslı Ağıllı Kənd Təsərrüfatı təcrübəsini öyrənir

 

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş “İqliməsaslı ağıllı kənd təsərrüfatı” (CSA) layihəsi uğurlu hesab edilərək təsdiq olunub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən layihə çərçivəsində qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatı məhsuldarlığına, ərzaq təhlükəsizliyinə və kənd əhalisinin yaşam standartlarına mənfi təsirlərinin azaldılması, beynəlxalq təcrübədə istifadə olunan innovativ alətlərin tətbiqi sahəsində müzakirələrin aparılması və müvafiq sahələrə səfərlərin həyata keçirilməsi məqsədilə Azərbaycan və Türkiyənin kənd təsərrüfatı ekspertləri arasında təcrübə mübadiləsi proqramı təşkil edilib.

Proqramla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Тоrpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev və həmin şöbənin Kənd təsərrüfatının ekologiyası və iqlim məsələləri sektorunun aparıcı məsləhətçisi Samirə Qurbanlı cari ilin avqustun 4-11-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər ediblər.

Səfər ərzində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr Baş İdarəsinin müdiri Ferhat Çolak və şöbə müdiri Özge İmamoğlu, Aqrar İslahatlar Baş İdarəsinin müdiri Mustafa Gezici, Su Təsərrüfatı Baş İdarəsinin müdiri Afire Sever, Dövlət Su İşləri Xarici Əlaqələr İdarəsinin müdiri Özlem İritaş və rumların təmsilçiləri ilə görüşlər təşkil edilib və müvafiq istiqamətlərdə müzakirələr aparılıb.

Müzakirələrin əsas mövzusu hazırda iqlim dəyişikliyinin Türkiyənin kənd təsərrüfatı sektoru üçün yaratdığı riskləri, bu riskləri azaltmaqla bağlı kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinə uyğunlaşma (adaptasiya) və təsirlərin yumşaldılması (mitiqasiya) istiqamətində aparılan fəaliyyətlərini öyrənmək və uğurlu fəaliyyətlərin Azərbaycanın kənd təsərrüfatı sektorunda da tətbiqi üçün əməkdaşlığı gücləndirməkdir.

Türk ekspertləri tərəfindən təqdim edilən layihələr içərisində ən çox maraq doğuran layihələr - Dünya bankı tərəfindən icrası üçün yüksək maliyyə resursları ayrılmış Türkiyə iqlim ağıllı və rəqabət qabiliyyətli kənd təsərrüfatı inkişaf layihəsi olan TUCSAP, su resurslarının səmərəli və düzgün istifadəsi üçün yaradılmış və artıq icra edilməyə başlanılan HİDROTÜRK, suvarma qurğularının məkan məlumat sistemi olan SUTEM, kənd təsərrüfatı fəaliyyətləri nəticəsində suda çirklənmənin monitorinqi tədqiqatlarında istifadə üçün hazırlanmış nitrat məlumat sistemi NIBIS olub. Azərbaycanın kənd təsərrüfatı sektoru üçün yaradılmış elektron kənd təsərrüfatı informasiya sistemi olan EKTİS də türk ekspertləri tərəfindən uğurlu layihə hesab edilib.

Nümayəndə heyəti proqram çərçivəsində daşqın və meşə yanğınlarından mühafizə mərkəzləri, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin təbii göl və landşaft bitkiləri olan əraziləri ziyarət edib.

Sonda hər iki ölkə nümayəndələri COMCEC layihəsi vasitəsilə “İqliməsaslı ağıllı kənd təsərrüfatı (CSA)” istiqamətində paylaşılan təcrübə və biliklərin, əməkdaşlıqların Azərbaycan və Türkiyənin iqlim dəyişikliyinə daha dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasında mühüm rol oynayacağını vurğulayaraq, bu kimi layihələrin davam etdirilməsinin zəruri olduğunu bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB

19:12
19 Sentyabr

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib YENİLƏNİB

19:06
19 Sentyabr

Livanda peycerlərlə bağlı qadağa tətbiq edildi

18:57
19 Sentyabr

Gürcüstan parlamentinin Sədri ABŞ-nin sanksiyalarını ölkəyə hücum kimi qiymətləndirib

18:57
19 Sentyabr

Türkiyə Ukrayna ilə bağlı danışıqların gündəliyini açıqlayıb

18:55
19 Sentyabr

Avropa Parlamenti Aİ ölkələrini Kiyevin Rusiyaya hücum etməsinə icazə verməyə çağırıb

18:50
19 Sentyabr

Livanda peycer və rasiyaların partlaması nəticəsində 37 nəfər həlak olub  

18:49
19 Sentyabr

Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib

18:47
19 Sentyabr

Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər

18:46
19 Sentyabr

Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur

18:44
19 Sentyabr

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

18:43
19 Sentyabr

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub YENİLƏNİB

18:42
19 Sentyabr

Yutubda bir neçə yeni funksiya əlavə olunub

18:41
19 Sentyabr

Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB

18:40
19 Sentyabr

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

18:19
19 Sentyabr

Sabiq “Arsenal”lı həbs edildi

18:15
19 Sentyabr

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

18:02
19 Sentyabr

 Təcili qanı artıq dronlar çatdıracaq

17:51
19 Sentyabr

EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında

17:50
19 Sentyabr

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

17:30
19 Sentyabr

Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu

17:02
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!