Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1186-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində və 221.4.10-cu (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 221.4.9-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində və 221.4.10-cu maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 221.4.10-cu maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin I hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.5. həmin Qanunun 5-ci maddəsinin I hissəsinin 4-cü bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.6. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsində, 7.5-ci maddəsinin birinci cümləsində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 7-1.5-ci, 9.3-cü maddələrində və 27.3-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.7. həmin Qanunun 3.2.1-ci, 7-1.5-ci maddələrində və 27.3-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.8. həmin Qanunun 7.5-ci maddəsinin birinci cümləsində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 9.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1186-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 87 nömrəli və 12 iyun tarixli 95 nömrəli fərmanları) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bənddə “221.4.13-cü maddəsinin birinci cümləsində” sözləri “221.4.9-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində, 221.4.10-cu maddəsində (hər iki halda), 221.4.13-cü maddəsinin birinci və ikinci (birinci halda) hissələrində” sözləri ilə əvəz edilsin;
3.2. 1.9-cu bənddən “, 221.4.10-cu (ikinci halda)” sözləri çıxarılsın;
3.3. 1.10-cu bəndə “207.7-ci (üçüncü halda)” sözlərindən sonra “, 221.4.10-cu (ikinci halda)” sözləri əlavə edilsin;
3.4. 1.25-ci bənddə “, 221.4.9-cu və 221.4.10-cu (birinci halda) maddələrində” sözləri “maddəsində” sözü ilə, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
3.5. 1.28-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
3.6. 1.35-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.35. həmin Məcəllənin 221.4.7-ci maddəsinin birinci cümləsində, 221.4.9-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində, 221.4.10-cu (birinci halda) maddəsində və 221.4.13-cü maddəsinin birinci və ikinci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”.
4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyul tarixli 156 nömrəli və 2 avqust tarixli 170 nömrəli fərmanları) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “5-ci maddəsinin I hissəsinin 4-cü bəndində,” sözləri əlavə edilsin;
4.2. 2.11-ci bənd ləğv edilsin;
4.3. 2.36-2-ci bəndə “Qanunun” sözündən sonra “5-ci maddəsinin I hissəsinin 4-cü bəndində,” sözləri əlavə edilsin.
5. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bənddə “6.5-ci, 9.2-1-ci (hər iki halda)” sözləri “3.2.1-ci, 6.5-ci maddələrində, 7.5-ci maddəsinin birinci cümləsində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 7-1.5-ci, 9.2-1-ci (hər iki halda), 9.3-cü” sözləri ilə, “dördüncü cümləsində” sözləri “üçüncü və dördüncü cümlələrində” sözləri ilə əvəz edilsin;
5.2. 2.2-ci bənd ləğv edilsin;
5.3. 2.3-1-ci bənddə “maddəsində” sözü “, 3.2.1-ci, 7-1.5-ci maddələrində, 27.3-cü maddəsinin üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;
5.4. 2.3-3-cü bənddə “, 9.2-1-ci (ikinci halda)” sözləri “maddələrində, 7.5-ci maddəsinin birinci cümləsində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 9.2-1-ci (ikinci halda), 9.3-cü” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 avqust 2024-cü il
Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb
Siqaret idxalına qadağa qoyula bilər
Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
5000 illik qəbir aşkar edilib
Uçan taksi nümayiş etdirilib
Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək
Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq
Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır
Çinə aid avtomobil karvanı partladıldı
Sabah daha bir yağmursuz payız havası gözlənilir
Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb
"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov
XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB
“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA
Ukrayna F-16-ların ilk partiyasını aldı
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!