31 Dekabr 2021 01:32
331
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211; № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894; Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 378-VIQD və 380-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6.1.5-ci maddəyə “hüquqi şəxslərin” sözlərindən sonra “və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin” sözləri əlavə edilsin;

1.2. 8.1-ci maddə üzrə:

1.2.1. 8.1.2-ci maddəyə “fiziki şəxslərin” sözlərindən əvvəl “bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri əlavə edilsin;

1.2.2. 8.1.3-cü maddə ləğv edilsin;

1.3. 13-cü maddə üzrə:

1.3.1. 13.2.16.14-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər.

Aşağıdakı hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu maddənin məqsədləri üçün  Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir:

1. alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla);

2. rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda;

3. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinə uyğun olaraq ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda;

4. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında xidmətlər alındıqda;

5. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə;

6. borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər edildikdə;

7. Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə;

8. güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə;

9. səlahiyyətli dövlət orqanlarına rüsumlar və digər ödənişlər ödənildikdə, icazələrin və sertifikatların alınması ilə bağlı ödənişlər edildikdə.”;

1.3.2. 13.2.62-ci maddədən “(sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura)” sözləri çıxarılsın;

1.3.3. 13.2.64-cü maddədən “pərakəndə” sözü çıxarılsın;

1.3.4. 13.2.72-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən” sözləri “vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən” sözləri ilə əvəz olunsun və həmin maddəyə “sistemində yaradılan,” sözlərindən sonra “gücləndirilmiş elektron imza və (və ya)” sözləri əlavə edilsin;

1.3.5. 13.2.84-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 13.2.85-ci maddə əlavə edilsin:

“13.2.85. nəzarət olunan xarici müəssisə - bu Məcəllənin 14-2.1-ci maddəsinin tələblərinə uyğun olan və vergitutma məqsədləri üçün qeyri-rezident müəssisə.”;

1.4. 14-cü maddə üzrə:

1.4.1. 14.3.3-cü maddəyə “tələbləri” sözündən sonra “, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər” sözləri, “səviyyəsindən” sözündən sonra “topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində” sözləri əlavə edilsin;

1.4.2. 14.6.5-ci və 14.6.6-cı maddələrə “qiymətlərindən” sözündən sonra “topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində” sözləri əlavə edilsin;

1.5. 14-1.2-ci maddə üzrə:

1.5.1. 14-1.2.1-ci maddəyə “şəxslər” sözündən sonra “, habelə həmin rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi” sözləri əlavə edilsin;

1.5.2. 14-1.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 14-1.2.4-cü maddə əlavə edilsin:

“14-1.2.4. bu Məcəllənin 14-1.2.1-14-1.2.3-cü maddələrində göstərilən hallar istisna olmaqla, Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə qeyri-rezident şəxslər arasında, bu şərtlə ki:

14-1.2.4.1. şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);

14-1.2.4.2. Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.”;

1.6. aşağıdakı məzmunda 14-2-ci mad

də əlavə edilsin:

“Maddə 14-2. Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi

14-2.1. Vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti aşağıdakı hallarda Azərbaycan Respublikasında vergiyə cəlb olunur:

14-2.1.1. Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə;

14-2.1.2. nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olarsa;

14-2.1.3. xarici müəssisənin illik gəlirlərinin 30 faizindən çox olan hissəsi aşağıdakı gəlirlərdən ibarət olarsa:

14-2.1.3.1. maliyyə aktivlərindən əldə edilən faiz;

14-2.1.3.2. əqli mülkiyyətdən əldə edilən royalti;

14-2.1.3.3. səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir;

14-2.1.3.4. maliyyə lizinqindən əldə edilən gəlirlər;

14-2.1.3.5. sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlirlər;

14-2.1.3.6. heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlir.

14-2.2. Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

14-2.3. Bu maddəyə uyğun olaraq  nəzarət olunan xarici müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb edilərkən eyni vergitutma obyektindən iki dəfə vergilərin hesablanmasına yol verilmir və həmin mənfəətdən ödənilən (tutulan) vergi məbləği nəzərə alınır.

14-2.4. Nəzarət olunan xarici müəssisədən əldə edilən aşağıdakı gəlirlər nəzarət olunan xarici müəssisənin vergitutulan gəlirlərinə aid edilmir:

14-2.4.1. nəzarət olunan xarici müəssisədən əldə edilən dividendlər;

14-2.4.2. rezident müəssisə nəzarət olunan xarici müəssisənin törəmə müəssisəsi olduqda, nəzarət olunan xarici müəssisənin ümumiləşdirilmiş (konsolidə edilmiş) mənfəətindən rezident müəssisəyə aid olan vergiyə cəlb olunan mənfəət;

14-2.4.3. nəzarət olunan xarici müəssisənin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi vasitəsilə əldə edilən, habelə Azərbaycan Respublikasında təsis etdiyi müəssisədən əldə olunan və Azərbaycan Respublikasında vergiyə cəlb olunmuş gəlirlər.”;

1.7. 15.1.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

“15.1.15. bu Məcəllənin 16.1.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək;”;

1.8. 16.1-ci maddə üzrə:

1.8.1. 16.1.4-cü və 16.1.4-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“16.1.4. vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2.1-14-1.2.3-cü maddələrində göstərilən şəxslər üzrə transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda və 14-1.2.4-cü maddədə göstərilən şəxslər üzrə həmin maddədə nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək;

 16.1.4-1. bu Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək;”;

1.8.2. aşağıdakı məzmunda 16.1.4-2-ci və 16.1.4-3-cü  maddələr əlavə edilsin:

“16.1.4-2. mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək;

16.1.4-3. bu Məcəllənin 14-2.2-ci maddəsində nəzərdə tutulan arayışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etmək;”;

1.8.3. 16.1.6-cı və 16.1.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək;”;

 “16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək:”;

1.8.4. 16.1.7-1-ci, 16.1.7-2-ci, 24.0.6-1-ci, 50.1.10-cu, 58.10-cu, 221.8.5-ci (hər iki halda), 221.8.9-cu və 221.8.10-cu maddələrdə ismin müvafiq hallarında “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” sözləri ismin müvafiq hallarında “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” sözləri ilə əvəz edilsin;

1.8.5.  aşağıdakı məzmunda 16.1.8.6-cı maddə əlavə edilsin:

“16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti;”;

1.8.6.16.1.11-7-ci maddə ləğv edilsin;

1.8.7. 16.1.11-10-cu maddəyə “alış aktını” sözlərindən sonra “və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının  Qanununa uyğun olaraq  avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini” sözləri əlavə edilsin;

1.8.8. aşağıdakı məzmunda 16.1.11-11-ci, 16.10-cu  və 16.11-ci maddələr əlavə edilsin:

“16.1.11-11. neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək:

16.1.11-11.1. mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;

16.1.11-11.2. mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

16.1.11-11.3. mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və  FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə;”;

 “16.10. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim edir.

16.11. Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir:

16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə -  elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;

16.11.2. xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;

16.11.3. borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;

16.11.4. avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.”;

1.9.19.2-ci maddə üzrə:

1.9.1. 19.2.5-ci maddəyə “quraşdırma” sözündən sonra “, montaj” sözü əlavə edilsin;

1.9.2. 19.2.10-cu maddəyə “fəaliyyət göstərən,” sözlərindən sonra “onlar üçün müştəri bazasının toplanması və müştərilərlə işin təşkilini həyata keçirən,” sözləri əlavə edilsin;

1.9.3. aşağıdakı məzmunda 19.2-1-ci və 19.3-1-ci maddələr əlavə edilsin:

“19.2-1. Bu Məcəllənin 19.2.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti baş podratçı kimi qeyri-rezident şəxs həyata keçirdiyi halda, onun bu fəaliyyəti həyata keçirmək üçün cəlb etdiyi və qarşılıqlı surətdə asılı olduğu və (və ya) fəaliyyətinə nəzarəti həyata keçirdiyi digər subpodratçı şəxslərin bu işlər üçün göstərdiyi fəaliyyətin müddəti baş podratçının fəaliyyət müddətinə əlavə edilir. Bu maddənin müddəaları subpodratçı şəxslərin fəaliyyət müddəti  30 gündən artıq olduğu halda tətbiq edilir;”;

 “19.3-1. Qeyri-rezident şəxs və onunla qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən Azərbaycan Respublikasında bu Məcəllənin 19.3-cü maddəsində sadalanan fəaliyyət növlərinin hər hansı birinin birgə şəkildə həyata keçirilməsi sahibkarlıq məqsədləri daşıdığı və ya bu fəaliyyət növlərinin hər hansı biri üzrə əlaqəli şəkildə həyata keçirilməsinin nəticələri hazırlıq və ya yardımçı xarakter daşımadığı və (və ya) belə şəxslər tərəfindən həyata keçirilən fəaliyyətlər onların vahid biznes prosesinin tərkib hissəsi olaraq bir-birinə münasibətdə qarşılıqlı tamamlanma funksiyasını daşıdığı halda bu Məcəllənin 19.3-cü maddəsinin müddəaları tətbiq edilmir və həmin şəxslərin fəaliyyətinə daimi nümayəndəlik kimi baxılır.”;

1.10. 23-cü maddə üzrə:

1.10.1. 23.1.2-ci maddədə “digər sənədləri” sözləri “, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri” sözləri ilə, “elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının” sözləri “vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.10.2. aşağıdakı məzmunda 23.1.3-1-ci və 23.1.3-2-ci maddələr əlavə edilsin:

“23.1.3-1. malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirmək;

23.1.3-2. bu Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən protokolla rəsmiləşdirmək;”.

1.10.3. 23.1.6-1-ci maddədən “səyyar” sö

zü çıxarılsın və həmin maddəyə “təmin etmək” sözlərindən sonra “və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək” sözləri əlavə edilsin;”;

1.10.4. 23.1.15-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;”;

1.11. 24.0.7-2-ci maddə ləğv edilsin;

1.12. 26.2-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“26.2-1. Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərində (ehtiyatlarında) olan məlumatlar normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əldə edilir.”;

1.13. 30.6.8-ci maddəyə “qanunvericiliyin” sözündən sonra “və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinin” sözləri əlavə edilsin;

1.14. 30.6.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 30.6.14-cü maddə əlavə edilsin:

“30.6.14. sahibkarlığın inkişafı üçün təqdim olunan investisiya layihələrinin ekspertizasının həyata keçirilməsi, həmin layihələrin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi, habelə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyasının verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).”;

1.15. 33.2-ci maddədən “onun” sözü çıxarılsın və həmin maddədə “bu Məcəllə ilə” sözləri “yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri ilə əvəz edilsin;

1.16. 35-ci maddə üzrə:

1.16.1. adına “Bankların” sözündən sonra “, digər kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun” sözləri əlavə edilsin;

1.16.2. 35.1-ci maddənin birinci cümləsində “bank idarəsində” sözləri “banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda” sözləri ilə, dördüncü cümləsində “Bank hesabının” sözləri “Hesabın” sözü ilə əvəz edilsin;

1.16.3.35.2-ci maddəyə “Banklar” sözündən sonra “, digər kredit təşkilatları və poçt rabitəsinin milli operatoru” sözləri əlavə edilsin və həmin maddədə “dublikatını” sözü “dublikatı” sözü ilə, “bank hesabları” sözləri “hesablar” sözü ilə əvəz edilsin;

1.16.4. 35.4-cü maddənin ikinci cümləsində “bankda” sözü və “bank idarəsi” sözləri ismin müvafiq hallarında “banklar, digər kredit təşkilatları və poçt rabitəsinin milli operatoru” sözləri ilə əvəz edilsin;

1.16.5. 35.5-ci maddədə “bankda (bankın filialında)” sözləri “banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında)” sözləri ilə əvəz edilsin;

1.16.6. 35.6-cı maddədə “bank idarəsi” (hər iki halda) sözləri və “bankdan” sözü ismin müvafiq hallarında “banklar, digər kredit təşkilatları və poçt rabitəsinin milli operatoru” sözləri ilə əvəz edilsin;

1.17. aşağıdakı məzmunda 36.3-1-ci maddə əlavə edilsin:

“36.3-1. Vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər:

36.3-1.1. vergi ödəyicisinin müraciəti əsasında;

36.3-1.2. keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda;

36.3-1.3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda.”;

1.18.37-ci maddə üzrə:

1.18.1.37.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.”;

1.18.2. 37.3-cü maddədə “ödəyicisindən” sözü  “ödəyicisi tərəfindən” sözləri ilə, “ilə” sözü “və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla” sözləri ilə əvəz edilsin;

1.18.3. 37.4-cü maddəyə “vergi bəyannaməsində” sözlərindən sonra “və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda” sözləri əlavə edilsin;

1.19. 38-ci maddə üzrə:

1.19.1.38.2-ci maddənin  ikinci hissəsinin ikinci və  üçüncü cümlələrində və üçüncü hissəsində ismin müvafiq hallarında “gün” sözü ismin müvafiq hallarında “iş günü” sözləri ilə əvəz edilsin;

1.19.2. 38.3.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında:

38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;

38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;

38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə.

Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.”;

1.20.42-ci maddə üzrə:

1.20.1. 42.1-ci maddənin üçüncü və dördüncü hissələri müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir.”;

1.20.2.42.2-ci maddədə “abzasında” sözü “və üçüncü hissəsində” sözləri ilə əvəz edilsin;

1.21. 47.4-cü maddənin beşinci hissəsinə “tərəfindən” sözündən sonra “eyni vergi ödəyicisi üzrə” sözləri əlavə edilsin;

1.22. aşağıdakı məzmunda 49.1-2-ci maddə əlavə edilsin:

“49.1-2. Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.”;

1.23. 50.1-ci maddə üzrə:

1.23.1. 50.1.1-ci maddəyə “durmayan” sözündən sonra “, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan” sözləri əlavə edilsin;

1.23.2.50.1.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi;”

1.23.3. aşağıdakı məzmunda 50.1.13-1-ci maddə əlavə edilsin:

“50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi;”;

1.24. 57-ci maddə üzrə:

1.24.1. 57.1-ci maddədə “Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi” sözləri “Vergi” sözü ilə əvəz edilsin;

1.24.2.57.1-1-ci maddə ləğv edilsin;

1.24.3. 57.3-cü maddəyə ikinci halda “o cümlədən” sözlərindən əvvəl “habelə bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə, bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə,” sözləri əlavə edilsin;

1.24.4.57.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“57.4. Bu Məcəllənin 16.1.4-cü və 16.1.4-3-cü maddələrində göstərilən arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;

1.24.5. aşağıdakı məzmunda 57.5 - 57.7-ci maddələr əlavə edilsin:

“57.5. İdxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

57.6. Bu Məcəllənin 16.10-cu maddəsində nəzərdə tutulan kreditor və debitor borclar barədə məlumat formasının təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

57.7. Bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;

1.25.58-ci maddə üzrə:

1.25.1. aşağıdakı məzmunda 58.2-1-ci maddə əlavə edilsin:

“58.2-1. Vergi ödəyicisinin bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;

1.25.2.58.7-ci maddəyə “cavab verməyən” sözlərindən sonra “, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilsin;

1.25.3. 58.7-1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 58.7-1.9-58.7-1.11-ci maddələr əlavə edilsin:

“58.7-1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə;

58.7-1.10. həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə;

58.7-1.11. həmin Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə.”;

1.25.4. 58.8-ci maddənin birinci hissəsindən “alış aktları və ya” sözləri çıxarılsın;

1.25.5. 58.8.3-cü maddədə “10” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin;

1.25.6. 58.9-cu maddədən “aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına,” sözləri çıxarılsın;

1.25.7. 58.12-ci maddədə “və məcburi dövlət sosial sığorta” sözləri “, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta” sözləri ilə, “görə vergi ödəyicisinə” sözləri isə “, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-1-ci maddəsinə əsasən həmin Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmamasına görə vergi ödəyicisinə” sözləri ilə əvəz edilsin;

1.25.8.  58.12.1-ci və 58.12.2-ci maddələrdə “məbləğinin” sözü “, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin” sözləri ilə əvəz edilsin;

1.25.9. 58.13-cü maddəyə “təqdim edilməsinə,” sözlərindən sonra “topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə,” sözləri əlavə edilsin;

1.25.10. aşağıdakı məzmunda 58.13-1-ci maddə əlavə edilsin:

“58.13-1. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktura tərtib edilmədən malların bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsinə görə vergi ödəyicisinə elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən hər bir belə əməliyyat üçün 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;

1.25.11. 58.16-cı maddədə “58.8.2-ci” sözləri “58.8-ci” sözləri ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.”;

1.25.12. aşağıdakı məzmunda 58.17-ci maddə əlavə edilsin;

“58.17. Bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir.”;

1.26. 60.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“60.1.2. sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onların vergilərin ödənilməsinə dair ödəmə tapşırıqlarının və vergi orqanının sərəncamlarının icra edilməməsinə görə:

60.1.2.1. vergi ödəyicisinin vergilərin ödənilməsinə dair tapşırıqlarının vaxtında icra edilməməsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə - vaxtında icra edilməyən ödəmə tapşırıqlarında  göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi;

60.1.2.2. vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından tutulması haqqında vergi orqanının sərəncamlarının daxil olduğu gündən 3 iş günü müddətində icra edilməməsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə - vergi orqanının icra edilməyən sərəncamlarında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi;

60.1.2.3. bu Məcəllənin 65.2-ci maddəsi ilə müəyyən edilən həcmdə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında vergi orqanlarının sərəncamlarının daxil olduğu vaxt icra edilməməsinə görə - vergi orqanının icra edilməyən sərəncamında göstərilən məbləğlərin 50 faizi;

60.1.2.4. bu Məcəllənin 65.7-1-ci maddəsinin tələblərinin pozulmasına görə - vergi orqanının sərəncamında göstərilən məbləğlərin 50 faizi.

Bu Məcəllənin 60.1.2.1-ci və 60.1.2.2-ci maddələrində növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinə əsasən tətbiq edilən maliyyə sanksiyasının məbləği həmin ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamlarında göstərilən məbləğin 50 faizindən çox olmamalıdır.”;

1.27.65-ci maddə üzrə:

1.27.1.65.7-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir.”;

1.27.2. 65.7-1-ci maddənin ikinci cümləsi dördüncü cümlə hesab olunsun və aşağıdakı məzmunda ikinci - üçüncü cümlələr əlavə edilsin:

“Bu maddə ilə müəyyən edilmiş 10 bank günü müddətində vergi orqanı tərəfindən yeni sərəncam göndərildiyi halda həmin sərəncamda göstərilən vergi borcunun məbləği vergi orqanının əvvəlki sərəncamına münasibətdə azalmışdırsa, 10 bank günü müddəti əvvəlki sərəncamın tarixindən hesablanır. Bu maddə ilə müəyyən edilmiş 10 bank günü müddətində vergi orqanı tərəfindən yeni sərəncam göndərildiyi halda həmin sərəncamda göstərilən vergi borcunun məbləği vergi orqanının əvvəlki sərəncamına münasibətdə artmışdırsa, 10 bank günü müddəti əvvəlki sərəncamda göstərilən vergi borcu üzrə həmin sərəncamın tarixindən, artan vergi borcu məbləğinə münasibətdə isə yeni sərəncamın daxil olduğu tarixdən hesablanır.”;

1.28. 67-ci maddə üzrə:

1.28.1.67.1.9-cu maddəyə “məlumatlar” sözündən sonra “, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” sözləri əlavə edilsin;

1.28.2. 67.15-ci maddəyə “məlumatlarında” sözündən sonra “(mühasibat uçotu və ilkin uçot sənədlərində)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.”;

1.28.3. aşağıdakı məzmunda 67.17-ci maddə əlavə edilsin;

“67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.”;

1.29.71-1-ci maddə üzrə:

1.29.1.71-1.1-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir:”;

1.29.2. aşağıdakı məzmunda 71-1.3-1-ci maddə əlavə edilsin:

“71-1.3-1. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

1.29.3.71-1.4-cü maddə ləğv edilsin;

1.29.4.71-1.5.4-cü və 71-1.5.6-cı maddələrə “malların” sözündən sonra “(işlərin, xidmətlərin)” sözləri əlavə edilsin;

1.29.5.71-1.5.5-ci maddəyə “malların” sözündən sonra “(işlərin, xidmətlərin)” sözləri, “alıcısına” sözündən sonra “(subagentə)” sözü əlavə edilsin;

1.29.6. 71-1.5.3-cü və 71-1.5.9-cu maddələrə “əsasən” sözündən sonra “verilən” sözü əlavə edilsin;

1.29.7. 71-1.5.7-ci maddəyə “emala” sözündən sonra “, yaxud saxlamaya” sözləri əlavə edilsin;

1.29.8. 71-1.5.8-ci maddəyə “keçmiş” sözündən sonra “, yaxud saxlamaya verilmiş” sözləri əlavə edilsin;

1.29.9. 71-1.5.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 71-1.5.10-cu və 71-1.5.11-ci maddələr əlavə edilsin:

“71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə;

71-1.5.11. ixrac qeydi ilə satış barədə.”;

1.29.10. aşağıdakı məzmunda 71-1.6 -71-1.8-ci maddələr əlavə edilsin:

“71-1.6. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktura aksizli malların istehsalçıları və ya idxalçıları tərəfindən tərtib edilir.

71-1.7. Agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) subagentə verilməsi, habelə subagent tərəfindən  malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi zamanı bu Məcəllənin 71-1.5.5-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura tərtib edilir və müvafiq olaraq əməliyyatın subagentə ötürülməsi  və subagent tərəfindən aparılması ilə bağlı qeyd aparılır.

71-1.8. Aksizli malların istehsalçısı tərəfindən aksizli malların istehsal binasının hüdudlarından ona məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılışı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulmuş növdə elektron qaimə-faktura ilə rəsmiləşdirilir.”;

1.30. aşağıdakı məzmunda 71-3-cü maddə əlavə edilsin:

 “Maddə 71-3. Elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi

71-3.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib edilir.

71-3.2. Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

1.31. aşağıdakı məzmunda 72.4-1-ci maddə əlavə edilsin:

“72.4-1. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.”;

1.32. 76.1-1-ci maddədən “ƏDV qeydiyyatında olan” sözləri çıxarılsın və həmin maddədə “banklar” sözü “bank əməliyyatları aparan şəxslər” sözləri ilə əvəz edilsin;

1.33. 78-ci maddə üzrə:

1.33.1. 78.1-ci maddədə “vergi məbləğinin” sözləri “vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının” sözləri ilə əvəz edilsin;

1.33.2. 78.4-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Bu Məcəllənin 85.9-1.2-ci maddəsinə uyğun olaraq zamin duran vergi ödəyicisi tərəfindən vergi borcunun ödənilməsinə möhlət verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi vergi öhdəliyinin digər şəxsin üzərinə qoyulması hesab edilmir və zamin tərəfindən vergi borcu olan şəxsin vergi öhdəliyinin yerinə yetirilməsi zamin vergi ödəyicisinin vergi öhdəlikləri ilə bağlı ödəmələrinə aid edilmir.”;

1.34.81.1-ci maddəyə “vəfat etmiş” sözlərindən sonra “və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş” sözləri, “fiziki şəxsin” sözlərindən sonra “əmlak vergiləri üzrə” sözləri əlavə edilsin;

1.35. 83.1-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır.”;

1.36. 85-ci maddə üzrə:

1.36.1.85.2-ci maddəyə “Vergilərin” sözündən sonra “(o cümlədən cari vergi ödəmələrinin)” sözləri əlavə olunsun və həmin maddədə “müddətləri pozulmaqla ödənilməsinə” sözləri “müddətlərinin pozulmasına” sözləri ilə əvəz edilsin;

1.36.2. 85.5-1-ci maddədən birinci və ikinci halda “haqqına” sözü çıxarılsın və həmin maddədə üçüncü halda “haqqına” sözü “haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara” sözləri ilə əvəz edilsin;

1.36.3.85.6-cı maddədə “Vergi” sözü “Bu Məcəllənin 85.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi” sözləri ilə əvəz edilsin;

1.36.4. 85.6.1-ci maddənin birinci cümləsində “və” sözü “, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya” sözləri ilə əvəz olunsun və ikinci cümləsi ləğv edilsin;

1.36.5. 85.6.2-ci maddənin birinci cümləsində “vergini” sözü “vergi borcunu” sözləri ilə əvəz edilsin və ikinci cümləsi ləğv edilsin;

1.36.6. 85.6.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 85.6.3-cü və 85.6.4-cü maddələr əlavə edilsin:

“85.6.3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə;

85.6.4. vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə.”;

1.36.7. aşağıdakı məzmunda 85.6-1-ci maddə əlavə edilsin:

“85.6-1. Bu Məcəllənin 85.6.2 - 85.6.4-cü maddələri məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə tətbiq edilmir.”;

1.36.8.85.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“85.8. Aşağıdakı hallarda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz:

85.8.1. vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;

85.8.2. vergi ödəyicisi riskli vergi ödəyicisi olduqda;

85.8.3. vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə;

85.8.4. vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq bu Məcəllənin 85.9-cu maddəsində müəyyən edilmiş məbləğlərin aşağı həddindən az olduqda;

85.8.5. bu Məcəllənin 85.6.3-cü və 85.6.4-cü maddələrinə münasibətdə müraciət edən vergi ödəyicisinin vergi orqanında uçotda olduğu müddət 3 ildən az olduqda.”;

1.36.9.85.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müraciət təqdim edilməlidir. Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 min manatdan 100 000 manatadək və iri sahibkarlıq subyektinin borcu 100 000 manatdan 300 000 manatadək olduqda, vergi ödəyicisi tərəfindən müraciətə aşağıda göstərilən məlumatları əks etdirən sənədlər əlavə edilir:

85.9.1. bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulan hər bir hala münasibətdə müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların VÖEN-i göstərilməklə adı və borcun məbləği, habelə son bir il ərzində bank hesabları üzrə aparılmış əməliyyatlar barədə arayışlar;

85.9.2. bu Məcəllənin 85.6.1-ci maddəsində nəzərdə tutulan hala münasibətdə hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları.”;

1.36.10. aşağıdakı məzmunda 85.9-1-ci və 85.9-2-ci maddələr əlavə edilsin:

“85.9-1. Vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq bu Məcəllənin 85.9-cu maddəsində müəyyən edilmiş məbləğlərin yuxarı həddindən çox olduqda - bu Məcəllənin 85.6.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, digər hallarda vergi ödəyiciləri tərəfindən müraciətə 85.9-cu maddədə göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlərdən hər hansı biri əlavə edilir:

85.9-1.1. bank zəmanəti;

85.9-1.2. zaminlik müqaviləsi. Həmin müqaviləyə əsasən zamin duran şəxs ən azı bir il müddətinə vergi orqanında qeydiyyata alınmış, dövlət büdcəsinə borcu olmayan, riskli vergi ödəyicisi olmayan şəxs olmalıdır və həmin şəxsin müraciət edən vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirmək imkanına malik olması ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada yüklü edilməmiş aktivləri barədə məlumat vergi orqanına təqdim edilməlidir;

85.9-1.3. girov müqaviləsi. Müqavilədə qanunla nəzərdə tutulmuş qaydada vergi öhdəliyinin təminatı kimi girov qoyulacaq əmlak barədə zəruri məlumatlar qeyd edilməlidir. Girov qoyulacaq əmlakın ümumi bazar dəyərinin 50 faizi borcun məbləğindən çox olmalıdır.

Girov müqaviləsinin qanunla nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi vergi ödəyicisinin vergi öhdəliyini ləğv etmir. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı xərclər vergi ödəyicisi tərəfindən ödənilir.

85.9-1.4. vergi ödəyicisinin mülkiyyətində olan və satış üçün yararlı daşınar və daşınmaz əmlakının siyahıya alınmasına dair yazılı razılıq. Razılıq sənədində həmin əmlak barədə zəruri məlumatlar qeyd edilməli, əmlakın ümumi bazar dəyərinin 50 faizi borcun məbləğindən çox olmalıdır.

Vergi ödəyicisinin müraciəti təmin edildiyi halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində razılıq sənədində qeyd edilən əmlaklar vergi ödəyicisinin istifadə hüququ saxlanılmaqla vergi orqanı tərəfindən siyahıya alınır. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində həmin əmlakların hərrac vasitəsilə satışı ilə bağlı vergi orqanı tərəfindən məhkəməyə müraciət edilmir və vergi ödəyicisi tərəfindən həmin əmlakların təqdim edilməsi vergi orqanının razılığı ilə həyata keçirilir.

85.9-2. Vergi ödəyicisi tərəfindən bu Məcəllənin 85.6.3-cü maddəsində nəzərdə tutulan halla əlaqədar müraciət edildikdə, borcun məbləğindən asılı olmayaraq, yalnız bu Məcəllənin 85.9.1-ci maddəsində nəzərdə tutulan sənədlər əlavə olunur.”;

1.36.11. 85.10-cu maddənin birinci cümləsində “vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər.” sözləri “vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər:” sözləri ilə əvəz olunsun və ikinci cümlə ləğv edilsin;

1.36.12. aşağıdakı məzmunda 85.10.1 - 85.10.3-cü və 85.10-1 - 85.10-3-cü maddələr əlavə edilsin:

“85.10.1. borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;

 85.10.2. cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;

 85.10.3. vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi. Bu zaman ödəniş qrafiki vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış müvafiq aktla rəsmiləşdirilir.”;

 “85.10-1. Vergi ödəyicisi tərəfindən möhlət verilən dövr ərzində möhlət verilmiş borcun 75 faizi ödənildiyi halda vergi ödəyicisinin müraciəti əsasında bu Məcəllənin 85.10.1-ci maddəsində müəyyən edilən müddət 1 ildən, 85.10.3-cü maddəsində müəyyən edilən müddət isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

85.10-2. Vergi orqanının qərarı ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda həmin borca müraciət edilmə tarixindən və müddətin uzadıldığı dövr ərzində faizlər hesablanmır.

85.10-3. Vergi orqanının qərarı ilə vergi borcunun ödənilməsinə möhlət verilən dövr ərzində vergi ödəyicisinin yeni vergi borcu yarandığı halda həmin vergi borcu bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada dövlət büdcəsinə ödənilir.”;

1.36.13. 85.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“85.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müraciətin və digər sənədlərin daxil olduğu tarixdən 30 gün müddətində vergi ödəyicisinin müraciətinə baxır və bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması və ya vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərarında müddətin uzadılmasının səbəbi, vergi üzrə borcun məbləği, ödənilməsi müddəti uzadılan verginin növü (növləri), ödənilmənin müddəti və qaydası, habelə girov, bank zəmanəti, vergi ödəyicisinin mülkiyyətində olan siyahıya alınmış daşınar və daşınmaz əmlaklar və zamin haqqında qeydlər göstərilməlidir.”;

1.36.14. 85.12-ci maddədə “müddətdən” sözü “tarixdən” sözü ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vergi orqanının qərarı əsasında vergi öhdəliyinin yerinə yetirilməsinin uzadıldığı müddət bu Məcəllənin 85.4-cü maddəsində nəzərdə tutulan vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik müddətə daxil edilmir.”;

1.36.15.85.13-cü maddə ləğv edilsin;

1.36.16.85.14.2-ci maddədə “85.8-ci maddəsində” sözləri “85.8.1-85.8.3-cü maddələrində” sözləri ilə, “halda” sözü “hallarda” sözü ilə əvəz edilsin;

1.36.17.85.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

“85.15. Bu Məcəllənin 85.14.2-ci və 85.14.3-cü maddələrində nəzərdə tutulmuş hallarda vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verilməsi haqqında vergi orqanı tərəfindən qərar verilməklə, bu Məcəllənin 85.9-1-ci maddəsində nəzərdə tutulan təminatlar hesabına vergi borcunun alınması təmin edilir və 5 gün müddətində vergi ödəyicisinə bu barədə məlumat verilir.”;

1.37.87.3-cü maddədən “yazılı” sözü çıxarılsın;

1.38. 90-cı maddə üzrə:

1.38.1.90.1-ci maddədə “ixtisaslaşdırılmış açıq hərracda” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində” sözləri ilə əvəz edilsin;

1.38.2.90.3-cü maddənin birinci hissəsində “əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat (bundan sonra - hərracın təşkilatçısı) tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda (bundan sonra - hərrac)” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması” sözləri ilə, “icra məmuru” sözləri “vergi orqanı” sözləri ilə, ikinci və beşinci hissələrində ismin müvafiq hallarında “icra məmuru” sözləri ismin müvafiq hallarında “vergi orqanı” sözləri ilə əvəz olunsun və həmin maddənin üçüncü hissəsi ləğv edilsin;

1.38.3. 90.3.2-ci maddənin birinci cümləsində “ixtisaslaşdırılmış təşkilat” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz olunsun, ikinci cümləsində “İxtisaslaşdırılmış təşkilat” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “icra məmurunun” sözləri “vergi orqanının” sözləri ilə əvəz edilsin;

1.38.4. 90.3.3-cü maddənin birinci hissəsində “İcra məmurunun” sözləri “Vergi orqanının” sözləri ilə əvəz edilsin;

1.38.5. 90.3.3.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“90.3.3.5. əmlakın siyahıya alınması barədə vergi orqanının aktı və tərtib edilmiş siyahı;”;

1.38.6. 90.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin;

“90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər.”;

1.38.7. 90.4-cü maddədə “icra məmuru” sözləri “vergi orqanı” sözləri ilə əvəz edilsin;

1.39. 101-ci maddə üzrə:

1.39.1. 101.1-3-cü maddəyə “150.1.7-ci” sözlərindən sonra “(vergi orqanlarında uçota alınmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə)” sözləri əlavə edilsin;

1.39.2. 101.2-ci maddəyəaşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən, habelə vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurum tərəfindən ödənilən gəlirlərindən vergi bu Məcəllənin 150.1.7-ci və 150.1.17-ci maddələrinə uyğun olaraq bu maddədə göstərilən dərəcə ilə tutulur.”;

1.39.3. 101.6-cı maddədə “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

1.40. 102.1-ci maddə üzrə:

1.40.1.102.1.3.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;”;

1.40.2.102.1.3.1-ci maddənin ikinci hissəsində “haqları” sözü “(o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət” sözləri ilə əvəz edilsin;

1.40.3. 102.1.3.1-ci maddənin ikinci hissəsi müvafiq olaraq üçüncü hissə hesab olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi;”;

1.40.4. aşağıdakı məzmunda 102.1.3.3-cü və 102.1.3.4-cü maddələr əlavə edilsin:

“102.1.3.3. şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi;

102.1.3.4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi.

Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.”;

1.40.5. 102.1.4-cü maddəyə “dövlət təqaüdləri,” sözlərindən sonra “hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və” sözləri, “işçilərə” sözündən sonra “, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə” sözləri əlavə edilsin;

1.40.6. aşağıdakı məzmunda 102.1.25-1-ci maddə əlavə edilsin;

“102.1.25-1. Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir;”;

1.40.7. 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilsin;

1.41.102.8-ci maddədə “yaranır” sözü “tətbiq edilir” sözləri ilə əvəz olunsun və  həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.”;

1.42. aşağıdakı məzmunda 104.7-ci maddə əlavə edilsin:

“104.7. Vəkil qurumunun tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən, yaxud göstərilməsi nəzərdə tutulan vəkillik fəaliyyəti ilə bağlı vəkil qurumuna daxil olan ödənişlərin vəkillərə ödənilən, yaxud ödənilməsi nəzərdə tutulan hissəsi qurumun vergi tutulan gəlirlərinə aid edilmir.”;

1.43. 106.1-ci maddə üzrə:

1.43.1. 106.1.4-cü maddəyə “gəlir” sözündən sonra “, o cümlədən publik hüquqi şəxslərin bu Məcəllənin 164.1.48-ci maddəsində göstərilmiş işlərin görülməsi və xidmətlərin göstərilməsindən (həmin maddədə nəzərdə tutulan müddətdə) başqa digər ödənişli işlər görməsindən və xidmətlər göstərməsindən əldə olunan gəlirləri və faiz gəlirləri” sözləri əlavə edilsin;

1.43.2.106.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“106.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), Azərbaycan Respublikası Dövlət Neft Fondunun, Əmanətlərin Sığortalanması Fondunun gəlirləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq ayrılmış güzəştli kreditlər üzrə müvəkkil kredit təşkilatları tərəfindən həmin orqanlara (qurumlara) ödənilən faiz gəlirləri;”;

1.43.3. 106.1.18-ci maddənin birinci cümləsində “müddətinə.” sözü “ müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə - 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə.” sözləri ilə əvəz edilsin;

1.43.4. 106.1.20-ci maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilsin;

1.44.108-ci maddə üzrə:

1.44.1. birinci, ikinci və üçüncü hissələr müvafiq olaraq  108.1-ci, 108.2-ci və 108.3-cü maddələr hesab edilsin;

1.44.2. aşağıdakı məzmunda 108.4-cü və 108.5-ci maddələr əlavə edilsin:

“108.4. Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

108.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.”;

1.45. 109.9-cu maddəyə “14-cü” sözlərindən sonra “, 14-1-ci” sözləri əlavə edilsin;

1.46.115-ci maddə üzrə:

1.46.1. 115.1-ci maddəyə “114.3.2-ci” sözlərindən sonra “, 114.3.2-1-ci” sözləri əlavə edilsin;

1.46.2. 115.3-cü maddədə “115.4 - 115.8-ci” sözləri “115.4 - 115.6-1-ci” sözləri ilə əvəz edilsin;

1.46.3.115.6-cı maddədə “Təmir” sözü “İcarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir” sözləri ilə, “115-ci” sözləri “115.4-cü” sözləri ilə əvəz edilsin ;

1.46.4. aşağıdakı məzmunda 115.6-1-ci maddə əlavə edilsin:

“115.6-1. İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.”;

1.47.125-ci maddə üzrə:

1.47.1. 125.1.4-cü maddədə “müəssisəsinin” sözü “müəssisənin” sözü ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.”;

1.47.2. 125.1.8-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 125.1.9-cu maddə ləğv edilsin;

1.48. aşağıdakı məzmunda 125-1-ci maddə əlavə edilsin:

“Maddə 125-1. Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi

Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.”;

1.49. 128-ci maddə üzrə:

1.49.1. adında və mətnində ismin müvafiq hallarında “ölkə” sözündən sonra ismin müvafiq hallarında “və ya ərazi” sözləri əlavə edilsin;

1.49.2. 128.3-cü maddədə “Hər il üçün güzəştli” sözləri “Güzəştli” sözü ilə əvəz edilsin;

1.50. 130-cu maddə üzrə:

1.50.1.130.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.”;

1.50.2. aşağıdakı məzmunda 130.7-ci maddə əlavə edilsin:

“130.7. Banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində şəhid olmuş şəxslərin, habelə Vətən müharibəsi nəticəsində şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmir. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.”;

1.51. 144.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 144.1.4-cü maddə əlavə edilsin:

“144.1.4. hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlak, habelə əmlak kompleksi şəklində müəssisələr dövlət orqanlarına (qurumlarına) əvəzsiz olaraq verildikdə.”;

1.52. 150-ci maddə üzrə:

1.52.1. adına “tutulması” sözündən sonra “vaxtı və” sözləri əlavə edilsin;

1.52.2. 150.1.7-ci maddəyə “haqq ödəyən” sözlərindən sonra “, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən” sözləri əlavə edilsin;

1.52.3. 150.1.9-cu maddədə “və 144.1.2-ci” sözləri “, 144.1.2-ci və 144.1.4-cü” sözləri ilə əvəz edilsin;

1.52.4. 150.1.13-cü maddəyə “yaşayış” sözündən əvvəl “fiziki şəxslər tərəfindən” sözləri əlavə edilsin;

1.52.5. 150.1.13.2-150.1.13.4-cü maddələr ləğv edilsin;

1.52.6. aşağıdakı məzmunda 150.1.15 - 150.1.17-ci maddələr əlavə edilsin:

“150.1.15. vergi orqanında uçotda olmayan fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişləri həyata keçirən şəxslər;

150.1.16. vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru;

150.1.17. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu.”;

1.52.7. 150.3.1-ci maddədə “və 150.1.8-ci” sözləri “, 150.1.8 və 150.1.17-ci” sözləri ilə əvəz edilsin;

1.52.8.150.3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“150.3.3. bu Məcəllənin 150.1.1 - 150.1.8-ci və 150.1.17-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutan şəxslər ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.”;

1.52.9. aşağıdakı məzmunda 150.3-6-cı, 150.5-ci və 150.6-cı maddələr əlavə edilsin;

“150.3-6. Bu Məcəllənin 150.1.15-ci və 150.1.16-cı maddələrində göstərilən şəxslər bu Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa, hesablanmış vergini ödəniş həyata keçirilənədək büdcəyə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.”;

 “150.5. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilir:

150.5.1. vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi vaxt;

150.5.2. vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) vaxt;

150.5.3. vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrindən  pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icra edildiyi vaxt.

150.6. Bu Məcəllənin 150.3.3-cü və 150.3-1 - 150.3-6-cı maddələrində göstərilən vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə,yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə bu Məcəllənin 150.3.3-cü və 150.3-1 - 150.3-6-cı maddələrində göstərilən müddətlərdən gec olmamaq şərtilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.”;

1.53.151.5-ci maddə üzrə:

1.53.1.151.5-ci maddəyə (hər iki halda), 151.5.3-cü, 151.5.4-cü və 151.5.6-cı maddələrə “fəaliyyəti” sözündən sonra “və ya vergi tutulan mənfəəti (gəliri)” sözləri əlavə edilsin;

1.53.2.151.5.1-ci maddəyə “fəaliyyəti” sözündən sonra “və ya vergi tutulan mənfəəti (gəliri)” sözləri əlavə edilsin və həmin maddədən birinci halda “vergisi” sözü çıxarılsın;

1.53.3.151.5.8-ci maddəyə “fəaliyyəti” sözündən sonra “və ya vergi tutulan mənfəəti (gəliri)” sözləri əlavə edilsin və həmin maddədən “vergini” sözü çıxarılsın;

1.54.153-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

153.3. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.”;

1.55. 155.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.”;

1.56. 157.3.1-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“- bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə.”;

1.57.159-cu maddə üzrə:

1.57.1. 159.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.”;

1.57.2. 159.5-ci maddəyə “fövqəladə hallardan” sözlərindən sonra “, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən” sözləri əlavə edilsin;

1.58. aşağıdakı məzmunda 160.4-cü maddə əlavə edilsin:

“160.4. Hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakların, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına) əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.”;

1.59. 164.1-ci maddə üzrə:

1.59.1. 164.1.7-ci və 164.1.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı;

164.1.8. mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);”;

1.59.2.164.1.19-cu maddəyə “ehtiyat hissələri” sözlərindən sonra “və xüsusi proqram təminatları” sözləri əlavə edilsin;

1.59.3. 164.1.34-cü maddədə “bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş” sözləri “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə” sözləri ilə əvəz edilsin;

1.59.4. aşağıdakı məzmunda 164.1.34-1-ci və 164.1.34-2-ci maddələr əlavə edilsin:

“164.1.34-1. kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsişərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi;

164.1.34-2. kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;”;

1.59.5. 164.1.41-ci maddəyə “idxalı” sözündən sonra “və satışı” sözləri əlavə edilsin;

1.59.6. aşağıdakı məzmunda 164.1.41-1-ci və 164.1.41-2-ci maddələr əlavə edilsin:

“164.1.41-1. istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;

164.1.41-2. elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;”;

1.59.7. 164.1.46-cı maddəyə “edilən” sözündən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən” sözləri əlavə edilsin;

1.59.8. 164.1.48-ci maddədə “2” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.60. 165-ci maddə üzrə:

1.61.1. 165.1.4-cü maddəyə “göstərilməsi” sözündən sonra “, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi” sözləri əlavə edilsin;

1.60.2. 165.4-cü maddə ləğv edilsin;

1.60.3. 165.5-ci maddəyə “məhsulları” sözündən sonra “, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları” sözləri, “görə” sözündən əvvəl “, habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə” sözləri əlavə edilsin;

1.60.4. 165.6-cı maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.”;

1.61. 168.1.5-ci maddə üzrə:

1.61.1. ikinci hissəyə “güzəşt edilməsi” sözlərindən sonra “, o cümlədən istifadəyə verilməsi” sözləri əlavə edilsin;

1.61.2. dördüncü hissədə “verilməsi” sözü “təchiz edilməsi” sözləri ilə əvəz edilsin və həmin hissəyə “göstərilməsi” sözündən sonra “(işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda)” sözləri əlavə edilsin;

1.62. aşağıdakı məzmunda 174.4-cü maddə əlavə edilsin:

“174.4. 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır.”;

1.63. 175-ci maddə üzrə:

1.63.1. 175.1-ci maddəyə “əməliyyatın dəyəri” sözlərindən sonra “alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin” sözləri əlavə edilsin;

1.63.2.175.10-cu maddəyəaşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir.”;

1.63.3. aşağıdakı məzmunda 175.12-ci maddə əlavə edilsin:

“175.12. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.”;

1.64. 179.2-ci maddədən “elektron formada” sözləri çıxarılsın;

1.65. aşağıdakı məzmunda 186-1-ci maddə əlavə edilsin:

“Maddə 186-1. Aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsi

186-1.1. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.

186-1.2. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciət edilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.

186-1.3. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib edilən akt vergi orqanına təqdim edilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmişaksizin büdcəyə  hesablanması həyata keçirilir.”;

1.66.190-cı maddə üzrə:

1.66.1. 190.1-ci maddənin birinci hissəsinin 12-ci abzasına “qəlyan üçün tütünlər” sözlərindən sonra “və tütün əvəzləyiciləri” sözləri əlavə olunsun, həmin maddənin 13-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 14-cü abzas əlavə edilsin:

“- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri”;

1.66.2. 190.3-cü maddəyə “qəlyan üçün tütünlərə” sözlərindən sonra “və tütün əvəzləyiciləri” sözləri, “tütün məhsullarına” sözlərindən sonra “, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə” sözləri əlavə edilsin;

1.66.3. 190.3.1-190.3.3-cü maddələrdə “3,2” rəqəmləri “4,0” rəqəmləri ilə əvəz edilsin;

1.66.4. 190.3.8-ci maddədə “35,0” rəqəmləri “38,5” rəqəmləri ilə əvəz edilsin;

1.66.5. 190.3.14-cü maddə aşağıdakı redaksiyada verilsin:

 “190.3.14. qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər - hər kiloqramına 30,0 manat;”;

1.66.6. 190.3.15-ci maddədə “12,9” rəqəmləri “14,0” rəqəmləri ilə əvəz edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 190.3.16-cı maddə əlavə edilsin:

“190.3.16. birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri -hər bir ədədinə 0,25 manat.”;

1.66.7. 190.4.1-ci maddəyə “minik avtomobillərinə” sözlərindən sonra “(bu Məcəllənin 190.4.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.66.8. 190.4.1-2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 190.4.1-3-cü və 190.4.1-4-cü maddələr əlavə edilsin:

“190.4.1-3. mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə:

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

 

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

 

 

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

 

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

 

5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat

 

20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat

60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat

 

190.4.1-4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır;”;

1.67. 194.2-ci maddəyə “markalanmadan,” sözündən sonra “elektron qaimə-faktura təqdim edilmədən” sözləri əlavə edilsin;

1.68. 195-ci maddə ləğv edilsin;

1.69. 197-ci maddə üzrə:

1.69.1.197.1.3-cü maddəyə “müəssisələrin” sözündən sonra “, habelə fərdi sahibkarların” sözləri əlavə edilsin və  həmin maddədə “vəsaitlərin orta illik dəyəri” sözləri “vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

1.69.2. 197.1.4-cü maddədə “qeyri-rezident müəssisələr” sözləri “şəxslər” sözü ilə, “vəsaitlərin orta illik dəyəri” sözləri “vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

1.69.3. 197.2-ci maddədə “və müəssisələr” sözləri “, müəssisələr və fərdi sahibkarlar” sözləri ilə əvəz olunsun və həmin maddəyə hər iki halda “əsas vəsaitlərin dəyəri” sözlərindən sonra “(bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.70. 198-ci maddə üzrə:

1.70.1. 198.1-ci maddəyə “Fiziki şəxslər” sözlərindən sonra “binalara, su və hava nəqliyyatı vasitələrinə görə” sözləri əlavə edilsin;

1.70.2. 198.2-ci maddəyə “Müəssisələr” sözündən sonra “və fərdi sahibkarlar” sözləri əlavə edilsin;

1.71. 199-cu maddə üzrə:

1.71.1. 199.4-cü maddənin birinci hissəsinə “müəssisənin” sözündən sonra “və fərdi sahibkarın” sözləri əlavə edilsin;

1.71.2. 199.4.1-ci maddədə “obyektlərin” sözü “əsas vəsaitlər” sözləri ilə əvəz edilsin;

1.71.3. 199.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

199.4.2. məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və digər kosmik obyektlər;”;    

1.71.4. 199.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“199.4.3. fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;”;

1.71.5. 199.4.4-cü maddədə “müəssisələrinin” sözü “sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin” sözləri ilə, “obyektlərinin” sözü “əsas vəsaitlər” sözləri ilə əvəz edilsin;

1.71.6. 199.10-cu maddə ləğv edilsin;

1.72. 200-cü maddənin adında və 200.6-cı maddədə “Fiziki şəxslərdən” sözləri “Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

1.73.201-ci maddə üzrə:

1.73.1. adına və 201.2-ci maddəyə “Müəssisənin” sözündən sonra “və fərdi sahibkarın” sözləri əlavə edilsin;

1.73.2. 201.1-ci maddəyə “müəssisənin” sözündən sonra “və fərdi sahibkarın” sözləri əlavə olunsun və həmin maddədə “əmlakının” sözü “əsas vəsaitlərinin” sözləri ilə əvəz edilsin;

1.73.3.201.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“201.1.1. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.”;

1.73.4. 201.3-cü maddənin birinci hissəsində “Əmlak vergisi ödəyiciləri” sözləri “Müəssisələr və fərdi sahibkarlar” sözləri ilə, ikinci hissəsində “əmlakın” sözü “və fərdi sahibkarlar əsas vəsaitlərin” sözləri ilə əvəz edilsin;

1.73.5. 201.5-ci maddəyə “Müəssisə” sözündən sonra “və fərdi sahibkar” sözləri və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin;

“Fərdi sahibkar fəaliyyətinin ləğvi hallarında vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.”;

1.73.6. 201.7-ci maddəyə “Müəssisələrin” sözündən sonra “və fərdi sahibkarların” sözləri əlavə edilsin;

1.74.202-ci maddə üzrə:

1.74.1. adına “Müəssisənin” sözündən sonra “və fərdi sahibkarın” sözləri əlavə edilsin;

1.74.2.202.0-cı maddənin birinci hissəsinin birinci cümləsində “əmlakının” sözü “və fərdi sahibkarın əsas vəsaitlərinin” sözləri ilə, ikinci cümləsində “əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla)” sözləri “və fərdi sahibkarın əsas vəsaitlərinin” sözləri ilə əvəz edilsin;

1.74.3.202.0.1-ci maddənin birinci cümləsində “əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla)” sözləri “və fərdi sahibkarın əsas vəsaitlərinin” sözləri ilə əvəz edilsin və həmin cümlədən “(əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər)” sözləri çıxarılsın;

1.74.4.202.0.1-ci maddənin ikinci cümləsində “əmlakının” sözü “və fərdi sahibkarın əsas vəsaitlərinin” sözləri ilə əvəz edilsin;

1.74.5. 202.0.2-ci və 202.0.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“202.0.2. müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq  24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

202.0.3. müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.”;

1.74.6. 202.0-cı maddə 202.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 202.2-ci maddə əlavə edilsin:

“202.2. Bu maddədə fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri müəyyən edilərkən bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən əsas vəsaitlər nəzərə alınmır.”;

1.75. 203.1-ci maddədə “istifadəçilərinin” sözü “torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin” sözləri ilə əvəz edilsin;

1.76. 204-cü maddəyə “istifadəsində” sözündən əvvəl “icarə və ya digər əsaslarla” sözləri və “fiziki şəxslər” sözlərindən əvvəl “, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən” sözləri əlavə edilsin;

1.77. 205-ci maddəyə “istifadəsində” sözündən əvvəl “icarə və ya digər əsaslarla” sözləri əlavə edilsin;

1.78. aşağıdakı məzmunda 207.8-ci maddə əlavə edilsin:

“207.8. Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır. Bu maddənin müddəaları eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir.”;

1.79. 216.2-ci maddənin cədvəl hissəsində on üç - on yeddinci sətirlər müvafiq olaraq on dörd - on səkkizinci sətirlər hesab olunsun və aşağıdakı məzmunda on üçüncü sətir əlavə edilsin:

“- gips, gəc - 1,0”;

1.80.217-ci maddə üzrə:

1.80.1.217.3-cü maddədən “, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə” sözləri çıxarılsın;

1.80.2. 217.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“217.5. Mədən vergisi  dövlət büdcəsinə ödənilir.”;

1.81. aşağıdakı məzmunda 217-1-ci maddə əlavə edilsin:

“Maddə 217-1. Vergi güzəştləri

Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

1.82.218.5.8-ci maddədə “işçi” sözü “rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta” sözləri ilə əvəz edilsin;

1.83.218-1.1.5-ci maddə üzrə:

1.83.1.218-1.1.5.1-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir.”;

1.83.2. 218-1.1.5.2-ci maddədə “və 144.1.2-ci” sözləri “, 144.1.2-ci və 144.1.4-cü” sözləri ilə əvəz edilsin;

1.83.3. aşağıdakı məzmunda 218-1.1.5.1-1-ci maddə əlavə edilsin:

“218-1.1.5.1-1. fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi.”;

1.84.220-ci maddə üzrə:

1.84.1. 220.1-1-ci maddədən “(qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə)” sözləri çıxarılsın;

1.84.2. 220.8.4-cü maddədə “0,5” rəqəmləri “0,3” rəqəmləri ilə əvəz edilsin;

1.85.221-ci maddə üzrə:

1.85.1.  221.4.7-ci maddənin ikinci hissənin birinci cümləsində, üçüncü hissənin birinci və ikinci cümlələrində və dördüncü hissədə (hər iki halda) “və məcburi dövlət sosial sığorta” sözləri “, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta” sözləri ilə əvəz edilsin;

1.85.2. 221.4.8.7-ci maddəyə “verginin” sözündən sonra “, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının” sözləri əlavə edilsin;

1.85.3.  221.8.6-cı maddədə (bütün hallarda) “və məcburi dövlət sosial sığorta”  sözləri “, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta” sözləri ilə əvəz edilsin və üçüncü cümləsindən “dövlət büdcəsinə” sözləri çıxarılsın;

1.85.4. 221.8.6.5-ci maddəyə “verginin” sözündən sonra “,məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının” sözləri əlavə edilsin;

1.85.5. 221.8.7-ci maddədə (bütün hallarda) “və məcburi dövlət sosial sığorta”  sözləri “, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta” sözləri ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun 1.29.9-cu maddəsi (aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-fakturaya münasibətdə) 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

2.2. Bu Qanunun 1.30-cu maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası ilə eyni gündə qüvvəyə minir.

2.3. Bu Qanunun 1.50.1-ci maddəsi orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək vergi orqanına təqdim edirlər.

2.4. Bu Qanunun 1.60.3-cü maddəsi (alkoqollu içkilər və tütün məmulatlarına münasibətdə) 2022-ci il oktyabrın 1-dən tətbiq edilir.

2.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır. Digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvarın 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarını ƏDV ödəməklə əldə etmiş və müvafiq əvəzləşmə almış şəxslər sahibliklərində qalan həmin kənd təsərrüfatı məhsulları barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı 2022-ci il yanvarın 31-dək qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidirlər.

2.6. Vergi ödəyiciləri vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

2.7. Bu Qanunun 2.1-2.6-cı maddələri nəzərə alınmaqla, bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 dekabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video