27 Iyul 2022 14:36
1316
Məktublar
A- A+

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri” mövzusunda Şuşa Konfransı iştirakçılarının müraciəti


Möhtərəm cənab Prezident!

Məhkəmə-hüquq islahatlarına həsr edilən Şuşa Konfransının iştirakçıları bu tədbirin mədəniyyət paytaxtımız, qədim Şuşa şəhərində keçirilməsindən xüsusi qürur duyur, bu günləri xalqımıza yaşatdığınıza görə Sizə dərin ehtiramlarını ifadə edirlər.

Yenilməz sərkərdəliyinizlə müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etməklə Siz ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini və bütün xalqımızın arzusunu reallığa çevirərək Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmısınız.

Bu gün doğma torpaqlarımızda Zati-alilərinizin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə nəhəng bərpa-quruculuq işləri aparılır, azad edilmiş ərazilərimiz gündən-günə çiçəklənir. 2022-ci ilin tərəfinizdən “Şuşa İli” elan olunaraq mədəniyyət paytaxtımızın mötəbər tədbirlərə ev sahibliyi etməsi, Zəngilan rayonunun Ağalı kəndində açılışını etdiyiniz “Ağıllı kənd”ə soydaşlarımızın 30 illik həsrətdən sonra qayıtması hər kəsdə doğma torpaqlarımızın cənnətə çevriləcəyinə əminlik yaradır.

Konfrans zamanı rəhbərliyinizlə aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi üzrə ardıcıl tədbirlər qeyd edilmiş, qarşıda duran vəzifələr, habelə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri müzakirə olunmuşdur.

Tədbir zamanı biz, həmçinin Şuşa şəhərində görülən genişmiqyaslı quruculuq işlərinin də əyani şahidi olduq, rəhbərliyinizlə yenidən dirçələn şəhərin tarixi və mədəni abidələri ilə tanışlıqdan heyran qaldıq, böyük iftixar hissi yaşadıq.

Möhtərəm cənab Prezident!

İşğaldan azad edilmiş müqəddəs torpaqlarımızda olmağın sevincini yaşatdığınıza görə bir daha dərin ehtiramımızı bildirir, qəti əmin edirik ki, Vətənimizin tərəqqisi, insan haqlarının qorunması və azad olunmuş torpaqlarımızın bərpası naminə Sizə layiqli yardımçı olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 

Dərin hörmət və ehtiramla,

Şuşa Konfransının iştirakçıları adından

Azərbaycan Respublikasının ədliyyə naziri,

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov

Şuşa, 25 iyul 2022-ci il 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video