"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsviri
Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Medalın ümumi təsviri
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
2.2. Daxili çevrənin xaricində aşağı sol tərəfdən başlayaraq, qövs boyunca qızılı rəngli fonda "AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN) TƏSİSATI" sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin aşağı hissəsinin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.
2.3. Daxili çevrənin içərisində yerləşən üzəri göy rəngli mina ilə örtülmüş dairəvi lövhənin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərdən yuxarı hissəyə doğru qövs boyunca dəfnə çələngləri təsvir olunmuşdur. Yuxarı hissənin mərkəzində dəfnə çələnglərinin arasında diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Səkkizguşəli ulduzun aşağısında üç sətrə bölünməklə "20 il" sözləri və "2002-2022" rəqəmləri yazılmışdır.
2.4. Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə üzərində palıd çələngi, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuş, aşağı hissəsinə isə hamar səthli 40 mm x 5.5 mm ölçülü, qızılı rəngli metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Xara lentin üzərində mərkəzdə 3 mm enində yaşıl rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 10 mm enində tünd göy rəngli, 1 mm enində yaşıl rəngli, 2 mm enində tünd göy rəngli, 2.5 mm enində narıncı rəngli, 1.5 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirili...
23 Aprel
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
23 Aprel
Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur
23 Aprel
Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxd...
23 Aprel
Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik...
23 Aprel
Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir
23 Aprel
Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu...
23 Aprel
Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
23 Aprel
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meya...
23 Aprel
Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edi...
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!