04 İyun 2024 02:13
883
Fərmanlar
A- A+
Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il  14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında" 2024-cü il  23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar  Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il  14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında" 2024-cü il  23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar  Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli  979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında" 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar qərara alıram: 
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2 nömrəli Əlavəsi - "İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı"nın "İdxal" hissəsinin üçüncü abzasının "Malların adı" sütununa "o cümlədən" sözlərindən sonra "dərman maddələri," sözləri əlavə olunsun və həmin sütunda "və tibbi ləvazimatlar" sözləri ", habelə tibb vasitələri" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli  413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I); 2024, № 3, maddə 262) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 8.7-1 - 8.7-4-cü yarımbəndlər əlavə edilsin:
"8.7-1. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə  dərman vasitələrinin dövlət reyestrini aparmaq;
8.7-2. Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək; 
8.7-3. dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;
8.7-4. tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək;";
2.2. 22-ci bəndin birinci cümləsinə "vasitələrinin" sözündən sonra "və dərman maddələrinin" sözləri əlavə edilsin.
3. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli  528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007,   № 2, maddə 94 (Cild I) 2.3-1-ci bəndinə "16-1.1-ci" sözlərindən əvvəl "16.5-ci," sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1242 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə"nin 10.7-ci bəndində "vasitələrini, tibbi ləvazimatları, avadanlıq və cihazları" sözləri "və tibb vasitələrini" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli  Fərmanı) ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın 1.3.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:
"1.3.3. dərman və tibb vasitələri;".
6. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8  (I kitab), maddə 1165) 6-cı hissəsində "2.3-2-ci" sözləri "2.2.3-cü" sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli  Fərmanı)  ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının  2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 7-ci hissəsinin "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planı"nın 3.3.5-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3-cü abzasın "Tədbirlər və layihələr", "Digər icraçılar" və "Nəticə indikatorları" sütunlarında (hər üç halda) "kliniki" sözü "klinik" sözü ilə əvəz edilsin;
7.2. 4-cü abzas üzrə:
7.2.1. "Tədbirlər və layihələr" və "ilkin nəticələr" sütunlarında "dərman və tibbi preparatlar" sözləri "dərman və tibb vasitələri, habelə dərman maddələri" sözləri ilə əvəz edilsin;
7.2.2.  "baza ili üzrə göstəricilər" və "aralıq nəticələr" sütunlarında ismin müvafiq hallarında "dərman preparatı" sözləri ismin müvafiq hallarında "dərman vasitələri və dərman maddələri" sözləri ilə əvəz edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib  

00:00
15 Noyabr

Energetika naziri moldovalı və mərakeşli həmkarları ilə görüşüb 14.11.2024 [20:05]  

23:57
14 Noyabr

Tahir Budaqov: Azərbaycan dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarıdır  

23:55
14 Noyabr

Tonqanın Qanunvericilik Assambleyasının sədri Azərbaycana səfərə gəlib  

23:54
14 Noyabr

Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb  

23:52
14 Noyabr

YAP nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak edib  

23:50
14 Noyabr

COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb  

23:48
14 Noyabr

Azərbaycanla Moldovanın prokurorluq orqanları hüquqi əməkdaşlığı genişləndirirlər  

23:46
14 Noyabr

Britaniyalı nazir: COP29-da iştirak etmək böyük bir imtiyazdır  

23:39
14 Noyabr

Cəbrayıl və Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib  

23:30
14 Noyabr

Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşlarla görüşüb  

23:29
14 Noyabr

Türkiyə mediası: COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlanıb  

23:24
14 Noyabr

COP29-da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə olub

23:01
14 Noyabr

Azərbaycan ilə Anqola arasında elm və təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək  

22:41
14 Noyabr

Akademik: Azərbaycanda keçirilən COP29 yeni sənaye inqilabının anonsu təsirini bağışlayır

22:40
14 Noyabr

COP29-un ən gənc iştirakçısı: Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır  

22:38
14 Noyabr

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb YENİLƏNİB 

22:34
14 Noyabr

“AzərEnerji” ilə “Schneider Electric” şirkəti memorandum imzalayıb  

22:29
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti ilə görüşüb YENİLƏNİB 

22:22
14 Noyabr

İsrail səfiri: COP29-un yüksək səviyyədə təşkil edilməsi Azərbaycan üçün böyük nailiyyətdir  

22:19
14 Noyabr

COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar  

22:17
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!