30 Dekabr 2024 01:33
882
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157,  № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948; Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 244 nömrəli və 19 dekabr tarixli 253 nömrəli Fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.19-cu bənddə "253-1.2.1" rəqəmləri "253-1.2" rəqəmləri ilə əvəz edilsin;

3.1.2. 4.24-1-ci bənd ləğv edilsin;

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.11-ci bənddən "274," rəqəmləri çıxarılsın;

3.2.2. 5.20-ci bənddə "və 272-ci" sözləri ", 272-1, 274 və 274-1-ci" sözləri ilə əvəz edilsin;

3.2.3. aşağıdakı məzmunda 5.22-1-ci bənd əlavə edilsin:

"5.22-1. həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxır;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır  

18:48
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir

18:47
18 Fevral

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB

18:45
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB 2

18:44
18 Fevral

Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib  

18:43
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!