30 Dekabr 2024 01:27
1551
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 558


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209 (Cild I); 2024, № 9, maddə 1061) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 10-cu bəndinin ikinci abzasının ikinci cümləsində “qeyd olunması” sözləri “qeydə alınması” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 1.14-1-ci yarımbənd əlavə edilsin: “1.14-1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar EHİS üzərindən təqdim edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.”;

2.2. 1.18-ci bənddə “qeyd olunduğu” sözləri “qeydə alındığı” sözləri ilə əvəz edilsin;

2.3. 2.23-cü bəndin ikinci abzasında “qeyd olunmamış” sözləri “qeydə alınmamış” sözləri ilə əvəz edilsin;

2.4. 4.6-cı bəndin birinci cümləsində “qeyd olunubsa” sözləri “qeydə alınıbsa” sözləri ilə əvəz edilsin;

2.5. 5.9.2-ci yarımbəndin birinci cümləsində “qeyd edilməsi” sözləri “qeydə alınması” sözləri ilə, dördüncü cümləsində “qeyd edilibsə” sözləri “qeydə alınıbsa” sözləri ilə əvəz edilsin;

2.6. 5.10.4-cü yarımbəndin ikinci abzasında “pozulmasını qeyd etdirmək” sözləri “pozulmasının qeydə alınması” sözləri ilə, üçüncü abzasının birinci cümləsində “qeyd edə” sözləri “qeydə ala” sözləri ilə və dördüncü abzasının ikinci cümləsində “qeyd etmək” sözləri “qeydə almaq” sözləri ilə əvəz edilsin;

2.7. 5.10.5-ci yarımbəndin birinci cümləsində “qeyd olunmasını” sözləri “qeydə alınmasını” sözləri ilə və “qeyd etmək” sözləri “qeydə almaq” sözləri ilə əvəz edilsin;

2.8. 5.13-cü bənddə, 8.7-ci bəndin ikinci abzasının birinci cümləsində və 8.11-ci bənddə “qeyd edilərkən” sözləri “qeydə alınarkən” sözləri ilə əvəz edilsin;

2.9. 5.15-ci bəndin birinci abzasında “qeyd etmiş” sözləri “qeydə almış” sözləri ilə, “bağlanmasının qeyd edildiyi” sözləri “qeydə alındığı” sözləri ilə, ikinci abzasında “bağlanmasının qeyd edildiyi” sözləri “qeydə alındığı” sözləri ilə “pozulması haqqında qeyd edir” sözləri “pozulmasını qeydə alır” sözləri ilə əvəz edilsin;

2.10. 5.17-ci bəndin birinci cümləsində “qeyd etdikdən” sözləri “qeydə aldıqdan” sözləri ilə əvəz edilsin;

2.11. 6.4-cü bənddə “olunmasını qeyd etdirmək” sözləri “olunmasının qeydə alınması” sözləri ilə əvəz edilsin;

2.12. 6.13-cü bənddə “qeyd edərkən” sözləri “qeydə alarkən” sözləri ilə əvəz edilsin;

2.13. 6.20-ci bəndin üçüncü abzasında “qeyd etmiş” sözləri “qeydə almış” sözləri ilə əvəz edilsin;

2.14. 8.6-cı bənddə “qeyd edilir” sözləri “qeydə alınır” sözləri ilə əvəz edilsin;

2.15. 8.9-cu bənddə “qeyd oluna” sözləri “qeydə alına” sözləri ilə əvəz edilsin;

2.16. 13.1-ci bənddə “qeyd edilməsinin” sözləri “qeydə alınmasının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 dekabr tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1118 (Cild I) ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin 2.3-cü bəndinə “yazılı” sözündən sonra “(o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən)” sözləri əlavə edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 29 ” “ dekabr ” 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi Bakıda Fransaya məğlub olub - YENİLƏNİB - 4  

23:21
16 Noyabr

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Özbəkistan səfərindən paylaşım edib  

22:24
16 Noyabr

Bakıda Qlobal Gənclər Sammiti keçirilib YENİLƏNİB 

21:16
16 Noyabr

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı  

21:11
16 Noyabr

İtaliya Prezidenti: Təcavüzkar müharibə cinayətdir  

20:13
16 Noyabr

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb  

19:58
16 Noyabr

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb  

19:41
16 Noyabr

Belçikanın Bruj şəhəri Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi  

19:17
16 Noyabr

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!