31 Dekabr 2022 04:54
542
Sərəncamlar
A- A+

"Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün  Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi"nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" sənədində müəyyən edilmiş strateji məqsədlərə çatmaq üçün nəzərdə tutulmuş prioritet tədbirlərin həyata keçirilməsi üzrə 2018-2021-ci illərdə zəruri addımlar atılaraq, dövlət borcunun dayanıqlığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarının ən az xərclə və aşağı risklərlə qarşılanması və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Strategiyada qarşıya qoyulmuş hədəflərin müvafiq qaydada yenidən qiymətləndirilməsinin zəruriliyini, habelə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müəyyən olunmuş prioritetləri nəzərə alaraq qərara alıram:
 1. "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi" təsdiq edilsin (əlavə olunur).
 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi" sənədində nəzərdə tutulan prioritet tədbirlərin icrası ilə bağlı zəruri işlər görülməsini təmin etsin və bu barədə hər ilin yekunu üzrə növbəti ilin fevral ayının 25-dən gec olmayaraq, Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin;
2.2. Azərbaycan Respublikasında icra edilən və gələcəkdə planlaşdırılan layihələrin və dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi" sənədində nəzərdə tutulan prioritet tədbirlərin icrası, o cümlədən ümumi dövlət borcunun (cəmi xarici və daxili dövlət borcunun) ümumi daxili məhsula nisbəti üzrə hədəflənən göstəricisi gözlənilməklə, 2022-2025-ci illər ərzində, bazar şərtləri nəzərə alınmaqla, dövlət büdcəsində müəyyən ediləcək yuxarı hədlər daxilində dövlət borcalmalarının daxili və xarici mənbələr hesabına həyata keçirilməsini təmin etsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video