04 Oktyabr 2025 00:58
4063
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 288


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,1998, № 10, maddə 627 (Cild I); 2025, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları”nın 6-cı hissəsinə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 637 (Cild I); 2024, № 1, maddə 79; 2025, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.7.12-ci yarımbənddə “balıq mühafizə orqanları ilə” sözləri “balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə” sözləri ilə əvəz edilsin;

2.2. 2.8-ci bənddə “balıq mühafizə orqanları tərəfindən” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən” sözləri ilə əvəz edilsin;

2.3. 4.9.5-ci yarımbənddə “balıq mühafizə xidmətini” sözləri “balıq və digər su bioresurslarının mühafizəsini” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 556 (Cild I); 2024, № 2, maddə 208; 2025, № 4 (I kitab), maddə 384, № 5, maddə 503) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1.1. 4-cü hissənin ikinci abzasında “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin və həmin abzasdan “və balıq mühafizə xidməti” sözləri çıxarılsın;

3.1.2. 10-cu və 12-ci hissələrdə “balıq mühafizə xidməti” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.1.3. 11-ci hissədə “balıqçılıq mühafizə xidmətinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin;

3.1.4. 15-ci hissəyə “normaları” sözündən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları”nın 2-ci hissəsinin birinci abzasında “müvafiq icra hakimiyyəti orqanları” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 244 (Cild I); 2024, № 12 (II kitab), maddə 1451; 2025, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 5-ci, 6-cı və 19-cu hissələrinə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözlərindən sonra ismin müvafiq hallarında “və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri əlavə edilsin.

5. “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 464 (Cild I); 2025, № 4 (I kitab), maddə 384) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci, 13-cü, 18-ci və 20-ci hissələrinə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözlərindən sonra “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin;

5.2. həmin Qərarla təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.2.1. 5-ci hissəyə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözlərindən sonra “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin;

5.2.2. 11-ci hissədə “su quyuları, balıqburaxan və balıqqoruyucu qurğular üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözləri “su quyuları üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, balıqburaxan və balıqqoruyucu qurğular üzrə Kənd Təsərrüfatı Nazirliyi,” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 957 (Cild I); 2024, № 2, maddə 229; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.2-ci bəndin birinci abzasına (birinci halda) “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözlərindən sonra “və Kənd Təsərrüfatı Nazirliyi” sözləri əlavə edilsin;

6.2. 6.5-ci bənddə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 202 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 973 (Cild I); 2025, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 1.2-ci bəndində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 203 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 974 (Cild I); 2024, № 2, maddə 208) ilə təsdiq edilmiş “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 3.1-ci, 3.7-ci və 3.12-ci bəndlərdə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

8.2. 3.3-cü bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyini” sözləri ilə əvəz edilsin;

8.3. 3.6-cı və 3.8-ci bəndlərdə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin;

8.4. 3.9-cu bənddən “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarının,” sözləri çıxarılsın;

8.5. 3.10-cu bənddə “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıq mühafizə qurumlarında” sözləri “Kənd Təsərrüfatı Nazirliyində” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 975 (Cild I); 2024, № 2, maddə 208) ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.4-cü, 2.7-ci və 2.10-cu bəndlərdə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin;

9.2. 2.1-ci bənddə “Ekologiya və Təbii Sərvətlər Nazirliyində” sözləri “Kənd Təsərrüfatı Nazirliyində” sözləri ilə əvəz edilsin;

9.3. 2.3-cü bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyini” sözləri ilə əvəz edilsin;

9.4. 2.8-ci, 2.16-cı, 2.20-ci və 2.22-ci bəndlərdə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

9.5. 2.13-cü bənddən “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarının,” sözləri çıxarılsın;

9.6. 2.14-cü bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə qurumlarında” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 976 (Cild I); 2025, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş “Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 2.7-ci bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin və həmin bəndə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözləri əlavə edilsin;

10.2. 2.8-ci, 2.13-cü və 2.14-cü bəndlərdə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

10.3. 2.9-cu bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin;

10.4. 2.10-cu bəndə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin;

10.5. 2.11-ci bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin;

10.6. 2.12-ci bənddə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin bəndə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyini,” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 may tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 989 (Cild I); 2024, № 2, maddə 209; 2025, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş “Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin;

11.2. 2.4-cü və 2.5-ci bəndlərdə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin bəndlərə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözləri əlavə edilsin;

11.3. 2.6-cı bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə” sözləri ilə əvəz edilsin və həmin bəndə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözləri əlavə edilsin;

11.4. 2.7-ci və 2.8-ci bəndlərdə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

11.5. 2.9-cu bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1220 (Cild I); 2024, № 3, maddə 331, № 5 (II kitab), maddə 611; 2025, № 5, maddə 503) ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1.9-cu bənddə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

12.2. 1.10-cu bənd ləğv edilsin;

12.3. 7.1-ci bənddə “Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri “Nazirliyin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;

12.4. 7.5.1-ci və 7.6.1-ci yarımbəndlərdə “Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin” sözləri “Nazirliyin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilsin;

12.5. həmin Qaydalara 7 nömrəli əlavə – “Kvota ayrılması barədə ərizə forması”nda “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri “Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;

12.6. həmin Qaydalara 8 nömrəli əlavə – “Balıqovlama Bileti”ndə, 9 nömrəli əlavə - “Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş olan balıq və digər su bioresurslarının ovu barədə Akt”da, 10 nömrəli əlavə – “Akvakultura, elmi tədqiqat, təhsil, maarifləndirmə, nəzarət, iqlimləşdirilmə məqsədləri ilə və balıq və digər su bioresurslarının ovu barədə Akt”da, 11 nömrəli əlavə – “Laboratoriya müayinəsi üçün götürülmüş balıq və digər su bioresurslarının çıxdaş edilməsi barədə Akt”da və 12 nömrəli əlavə – “Ovlanmış balıq və digər su bioresurslarının mənşəyi haqqında Qaimə”də “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231 (Cild I); 2024, № 1, maddə 116, № 3, maddə 331; 2025, № 5, maddə 503) ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın 2.5-ci bəndində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (ll kitab), maddə 2745 (Cild I); 2025, № 2, maddə 195; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 16 sentyabr tarixli 266 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 3.3.1-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

“3.4. “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs.”.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 2 ” “ oktyabr ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!