31 İyul 2024 13:46
1759
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 may tarixli 274 nömrəli və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” 2022-ci il 5 mart tarixli 1626 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 may tarixli 274 nömrəli və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” 2022-ci il 5 mart tarixli 1626 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 may tarixli 69 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1-ci hissəsinin yeddinci və səkkizinci abzasları müvafiq olaraq onuncu və on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda yeddinci – doqquzuncu abzaslar əlavə edilsin:

“Bakı Hərbi Kolleci;

Gəncə Hərbi Kolleci;

Naxçıvan Hərbi Kolleci;”.

2. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 214 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Milli Müdafiə Universitetinin Nizamnaməsi” üzrə:

2.1.1. 4.2-ci bəndə “Mərkəzi,” sözündən sonra “Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci,” sözləri, “tədris şöbəsi,” sözlərindən sonra “fakültələr, kurslar,” sözləri əlavə edilsin;

2.1.2. 4.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.”;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Heydər Əliyev adına Hərbi İnstitutun Nizamnaməsi” üzrə:

2.2.1. 1.1-ci bənddən və 3.1.4-cü yarımbənddən “orta ixtisas təhsili,” sözləri çıxarılsın;

2.2.2. 1.3-cü bənddən “orta ixtisas təhsilli mütəxəssislər və” sözləri çıxarılsın;

2.2.3. 5.2.2-ci yarımbənd, 6.2-ci və 7.28-ci bəndlər ləğv edilsin;

2.2.4. 6.3-cü bənddən “orta ixtisas təhsili pilləsinə və” sözləri çıxarılsın;

2.2.5. 7.3-cü bəndin ikinci cümləsində “Universitet” sözü “İnstitut” sözü ilə əvəz edilsin;

2.2.6. 7.18-ci bənddən “orta ixtisas,” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siqaret idxalına qadağa qoyula bilər  

15:42
07 Oktyabr

Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

15:36
07 Oktyabr

Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək

15:24
07 Oktyabr

Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

15:00
07 Oktyabr

5000 illik qəbir aşkar edilib

14:40
07 Oktyabr

Uçan taksi nümayiş etdirilib

14:39
07 Oktyabr

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

14:25
07 Oktyabr

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq

14:24
07 Oktyabr

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

12:18
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!