06 Avqust 2022 01:45
911
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında" 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, "Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında" 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında" 2013-cü il 24 iyul tarixli 3017 nömrəli və "Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2014-cü il 8 may tarixli 442 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 iyun tarixli 2307 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 618; 2019, № 2, maddə 295) 1-ci hissəsi ilə təsdiq edilmiş komissiyanın tərkibi  aşağıdakı redaksiyada verilsin:

 

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri.".

2. "Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 2828 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 383; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 2, maddə 295) 1-ci hissəsində "Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri" sözləri "Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri" sözləri ilə əvəz edilsin və həmin hissədən "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri" sözləri çıxarılsın.

3. "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamında  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 848; 2016, № 2 (II kitab), maddə 346; 2019, № 5, maddə 817; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında, 1-ci, 2-ci hissələrdə və 3-cü hissənin birinci abzasında "Xüsusi Dövlət Mühafizə Xidmətinin" sözləri "Prezidentinin Təhlükəsizlik Xidmətinin" sözləri ilə əvəz edilsin;

3.2. 3.2-ci bənddə "Xüsusi Dövlət Mühafizə Xidmətinə" sözləri "Prezidentinin Təhlükəsizlik Xidmətinə" sözləri ilə əvəz edilsin;

3.3. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"3.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:".

4. "Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 506; 2016, № 2 (II kitab), maddə 347; 2019, № 3, maddə 469; 2020, № 5, maddə 602) 2.3-cü bəndində "Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri "İqtisadiyyat Nazirliyinə" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 avqust 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video