Azərbaycan Respublikası Prezidentinin "Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında" 1997-ci il 27 noyabr tarixli 697 nömrəli, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında" 1998-ci il 19 may tarixli 804 nömrəli, "Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında" 1998-ci il 2 iyul tarixli 845 nömrəli, "Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında" 1999-cu il 13 fevral tarixli 78 nömrəli, "Azərbaycan Respublikası "Metallurgiya" Dövlət Şirkətinin ləğv edilməsi haqqında" 2000-ci il 4 may tarixli 405 nömrəli, "Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında" 2001-ci il 22 mart tarixli 647 nömrəli, "Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında" 2001-ci il 22 mart tarixli 648 nömrəli, "Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" 2001-ci il 28 mart tarixli 651 nömrəli, "Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında" 2001-ci il 29 mart tarixli 671 nömrəli, "Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında" 2001-ci il 29 mart tarixli 674 nömrəli və "Kiçik su-elektrik stansiyalarının özəlləşdirilməsi haqqında" 2001-ci il 21 dekabr tarixli 844 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 noyabr tarixli 697 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 437) 1-ci hissəsinin ikinci cümləsində və 2-ci hissəsinin birinci abzasında ismin müvafiq hallarında "Dövlət Əmlak Komitəsi" sözləri ismin müvafiq hallarında "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 may tarixli 804 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 326) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1 - 2-ci hissələrdə ismin müvafiq hallarında "Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
2.2. 4-cü hissədə "Dövlət Əmlak Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
3. "Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 2 iyul tarixli 845 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 456) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1-ci hissədə "Dövlət Əmlak Komitəsinin" sözləri "İqtisadiyyat Nazirliyinin" sözləri ilə əvəz edilsin;
3.2. 2-ci hissədə "Dövlət Əmlak Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 78 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 113; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsində "Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki," sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
5. "Azərbaycan Respublikası "Metallurgiya" Dövlət Şirkətinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 may tarixli 405 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 332; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissədə "Əmlak Məsələləri Dövlət Komitəsinin" sözləri "İqtisadiyyat Nazirliyinin" sözləri ilə əvəz edilsin;
5.2. 2-ci hissədə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
6. "Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 647 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 177, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsində "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
7. "Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 178, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2020, № 12 (III kitab), maddə 1542) 2-ci hissəsində "Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki," sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
8. "Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 28 mart tarixli 651 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 181, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 480; 2010, № 7, maddə 610) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. birinci abzasda "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
8.2. dördüncü abzasda "Əmlak Məsələləri Dövlət Komitəsinin" sözləri "İqtisadiyyat Nazirliyinin" sözləri ilə əvəz edilsin.
9. "Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 671 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 201, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2021, № 10, maddə 1221) 2-ci hissəsində "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
10. "Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 674 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 204, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2013, № 8, maddə 891) 2-ci hissəsində "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
11. "Kiçik su-elektrik stansiyalarının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 844 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 788; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsində "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
29 Mart
Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addım...
29 Mart
Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!