22 Yanvar 2023 01:05
208
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında" 2010-cu il 24 may tarixli 271 nömrəli, "Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2010-cu il 22 iyun tarixli 283 nömrəli, "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" 2010-cu il 22 iyun tarixli 284 nömrəli, "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə" 2010-cu il 27 iyul tarixli 308 nömrəli, "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2015-ci il 4 may tarixli 516 nömrəli və "Torpaq sahəsinin planı və ölçüsü"nün təsvirinin təsdiq edilməsi barədə" 2015-ci il 17 iyun tarixli 553 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 400,    № 6, maddə 500; 2013, № 2, maddə 119; 2016, № 2, maddə 247; 2018, № 1, maddə 38; 2022, № 8, maddə 871) ilə təsdiq edilmiş "Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənddə "Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - ƏMDK)" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - ƏMDX)" sözləri ilə əvəz edilsin; 
1.2.  4.1-ci bəndin birinci cümləsində, 7.1-ci və 8.4-cü bəndlərdə ismin müvafiq hallarında "ƏMDK" akronimi "ƏMDX" akronimi ilə əvəz edilsin;
1.3.  4.2-ci bəndin birinci cümləsində hər iki halda "ƏMDK-nın" sözü "ƏMDX-nin" sözü ilə, "rayon, şəhər şöbəsinin" sözləri "yerli bölməsinin" sözləri ilə və həmin bəndin ikinci cümləsində "ƏMDK-nın həmsərhəd rayon, şəhər şöbəsinin" sözləri "ƏMDX-nin həmsərhəd yerli bölməsinin" sözləri ilə əvəz edilsin;
1.4. 4.4-cü bəndin üçüncü cümləsində "ƏMDK-nın rayon (şəhər) şöbəsinin" sözləri "ƏMDX-nin yerli bölməsinin" sözləri ilə əvəz edilsin;
1.5.  5.5-ci bənddə "ƏMDK-nın rayon (şəhər) şöbəsinin" sözləri "ƏMDX-nin yerli bölməsinin" sözləri ilə, "ƏMDK-nın həmin rayon (şəhər) şöbəsinin" sözləri "ƏMDX-nin həmin yerli bölməsinin" sözləri ilə əvəz edilsin;
1.6. 5.6-cı bənddə "ƏMDK-nın sədri" sözləri "ƏMDX-nin rəisi" sözləri ilə əvəz edilsin;
1.7.  8.3-cü  bənddə (hər iki halda) "ƏMDK-nın" sözü "ƏMDX-nin" sözü ilə əvəz edilsin;
1.8.  8.8-ci bənddə "ƏMDK" akronimi "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 498) ilə təsdiq edilmiş "Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.4-cü bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)" sözləri ilə əvəz edilsin;
2.2. 3.3-cü bəndin beşinci abzasında, 3.8-ci, 4.1-ci bəndlərdə, 4.2-ci bəndin üçüncü - beşinci abzaslarında, 6.1-ci bəndin birinci abzasının ikinci cümləsində, 7.1-ci və 7.2-ci bəndlərdə ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
2.3. 2.1-ci bəndin birinci abzasında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "Dövlət Xidməti" sözləri ilə, ikinci abzasında "Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təşkil edir" sözləri "Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirir" sözləri ilə əvəz edilsin;
2.4. 3.2-ci bəndin birinci cümləsində "satıcının" sözü "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin" sözləri ilə əvəz edilsin;
2.5. 5.1-ci bənddə "Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (onun zona bölmələrinə)" sözləri "Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzinə" sözləri ilə əvəz edilsin;
2.6. 6.2-ci bəndin birinci abzasının birinci cümləsində "Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur" sözləri "Dövlət Xidmətinin  rəsmi internet səhifəsində yerləşdirilir" sözləri ilə əvəz edilsin;
2.7. 6.3-cü bəndin birinci cümləsində "Hərracların Təşkili üzrə Auksion" sözləri "Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili" sözləri ilə əvəz edilsin. 
3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 499; 2014, № 11, maddə 1423; 2015, № 9, maddə 1007; 2016, № 2 (II kitab), maddə 235; 2019, № 5, maddə 826; 2021, № 1, maddə 38) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2-ci hissədə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları" üzrə:
3.2.1. 1.3-cü bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə)" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)" sözləri ilə və "Komitənin rəsmi mətbuat orqanı olan "Mülkiyyət" qəzetində dərc etdirir" sözləri "Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirir" sözləri ilə əvəz edilsin;
3.2.2. 1.4-cü bəndin birinci və ikinci abzaslarında, 1.5-ci bənddə (hər iki halda), 2.2-ci bəndin birinci abzasının birinci cümləsində, 2.9-cu bəndin birinci cümləsində, 2.10-cu bənddə, 3.1-ci bənddə (hər iki halda), 3.2-ci bəndin ikinci abzasının ikinci cümləsində, 3.3.4-cü yarımbəndin birinci abzasının ikinci və ikinci abzasının birinci cümlələrində, 4.1-ci bəndin birinci abzasında ismin müvafiq hallarında "Komitə" sözü ismin müvafiq hallarında "Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
3.2.3. 2.1-ci bənd üzrə:
1. birinci abzasın birinci cümləsində "Komitə" sözü "Dövlət Xidməti" sözləri ilə, ikinci cümləsində "Komitənin" sözü "Dövlət Xidmətinin" sözləri ilə, "yerli (ərazi) şöbəsinin" sözləri "yerli bölməsinin" sözləri ilə və üçüncü cümləsində "Komitənin" sözü "Dövlət Xidmətinin" sözləri ilə əvəz edilsin;
2. ikinci abzasda "Komitə" sözü "Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;
3.2.4.  2.3-cü bəndin birinci abzasında birinci halda "Komitənin rəsmi mətbuat orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur və Komitənin internet saytında" sözləri "Dövlət Xidmətinin rəsmi internet səhifəsində" sözləri ilə əvəz edilsin;
3.2.5. 2.6-cı bəndin ikinci abzasında "Komitə" sözü "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
3.2.6. 3.4-cü bəndin birinci cümləsində "Mülkiyyət" qəzetində dərc edilir və Komitənin rəsmi internet saytında" sözləri "Dövlət Xidmətinin rəsmi internet səhifəsində" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 627; 2013, № 4, maddə 373; 2016, № 2 (II kitab), maddə 251) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci hissədə və 3.1-ci bənddə ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları" üzrə:
4.2.1. 1.6-cı bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" sözləri ilə əvəz edilsin;
4.2.2. 1.8-ci bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
4.2.3. 1.10-cu bənddə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
4.2.4. 9.2.2-ci yarımbənddə, 10.2-ci və 10.3-cü bəndlərdə "orqan" sözü "qurum" sözü ilə əvəz edilsin.
5. "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838; 2019, № 2, maddə 218, № 3, maddə 410, № 4, maddə 618, № 6, maddə 1037; 2020, № 5, maddə 542; 2021, № 6 (I kitab), maddə 597) 4 - 7-ci hissələri ləğv edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 709; 2017, № 3, maddə 371; 2018, № 1, maddə 49, № 2, maddə 204; 2019, № 4, maddə 618; 2020, № 8, maddə 1045) ilə təsdiq edilmiş "Torpaq sahəsinin planı və ölçüsünün təsviri"ndə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1-ci hissədə "Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə)" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)" sözləri ilə əvəz edilsin;
6.2. 2-ci hissədə və 4.20-ci bənddə ismin müvafiq hallarında "Komitənin strukturuna daxil olan qurum" sözləri ismin müvafiq hallarında "Dövlət Xidmətinin tabeliyində olan qurum" sözləri ilə əvəz edilsin;
6.3. 4.1-ci bənddə "Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun" sözləri "Dövlət Xidmətinin, habelə onun tabeliyində olan qurumun" sözləri ilə əvəz edilsin;
6.4. "Torpaq sahəsinin planı və ölçüsünün təsviri"nə əlavədə hər iki halda "Əmlak Məsələləri Dövlət Komitəsi yanında" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  21 yanvar  2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video