04 Sentyabr 2022 00:49
948
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2005-ci il  26 dekabr tarixli 341 nömrəli, "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2012-ci il 24 aprel tarixli 613 nömrəli, "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı"nın və "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2019-cu il 27 iyun tarixli 756 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1110; 2008, № 6, maddə 498; 2013, № 12, maddə 1508; 2014, 
№ 9, maddə 1027; 2016, № 3, maddə 469, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2018, 
№ 8, maddə 1677; 2022, № 3, maddə 305, № 5, maddə 471) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi"nin "Şuranın üzvləri" hissəsinin dördüncü abzasından "birinci" sözü çıxarılsın.
2. "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823; 2020, № 8, maddə 1042; 2022, № 5, maddə 475) aşağıdakı dəyişikliklər edilsin:
2.1.  adında və 1-ci hissədə "təhlükəsizliyi üzrə" sözləri "təhlükəsizliyinə dair" sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı"nın 2.2.14-cü yarımbəndində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1047; 2022, № 5, maddə 463) ilə təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı"nın 4.2.3-cü yarımbəndində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video