Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 790 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissədə "yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (bundan sonra - "Dövlət Reyestri Xidməti")" sözləri "(bundan sonra - Ədliyyə Nazirliyi)" sözləri ilə əvəz edilsin;
1.2. 8.2-ci bənddən "Azərbaycan Respublikası" sözləri çıxarılsın;
1.3. 17-ci, 18-ci, 23-cü hissələrdə, 24-cü və 27-ci hissələrin ikinci cümlələrində ismin müvafiq hallarında "Dövlət Reyestri Xidməti" sözləri ismin müvafiq hallarında "Ədliyyə Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.4. 26-cı hissənin ikinci cümləsində "Dövlət Reyestr Xidməti" sözləri "Ədliyyə Nazirliyi" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 664 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.3-cü bəndə "4.5-ci," sözlərindən sonra "7.1-ci, 8.2-ci, 9.2-ci, 10.1-ci, 10.5-ci, 10.7-ci," sözləri əlavə edilsin;
2.2. 3.4-cü bənd ləğv edilsin.
3. "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 222 (Cild I) aşağıdakı dəyişiklikər edilsin:
3.1. 2-ci hissədən "yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti" sözləri çıxarılsın;
3.2. 5-ci hissədə "Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə" sözləri "Nazirliyinə" sözü ilə əvəz edilsin;
3.3. həmin Fərmanla təsdiq edilmiş "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə" üzrə:
3.3.1. 5-ci hissədə "yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti" sözləri "(bundan sonra - Ədliyyə Nazirliyi)" sözləri ilə əvəz edilsin;
3.3.2. 6-cı və 15-ci hissələrdə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti" sözləri "Ədliyyə Nazirliyi" sözləri ilə əvəz edilsin;
3.3.3. 22-ci hissədə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin" sözləri "Ədliyyə Nazirliyi və onun" sözləri ilə əvəz edilsin;
3.3.4. 24-cü hissədə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin" sözləri "Ədliyyə Nazirliyi və onun" sözləri ilə əvəz edilsin;
3.3.5. 26-cı hissədən "Azərbaycan Respublikasının" sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 3.1-ci, 3.2-ci və 3.4-cü bəndlərində "Ədliyyə sahəsində xidmətlər" sözləri "Notariat, qeydiyyat və reyestr" sözləri ilə, "ədliyyə sahəsində xidmətlər üzrə" sözləri "notariat, qeydiyyat və reyestr üzrə" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 34 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 9-cu hissədə, 36.2-ci, 44.2-ci və 70-3.2-ci bəndlərdə "Ədliyyə sahəsində xidmətlər" sözləri "Notariat, qeydiyyat və reyestr" sözləri ilə, "ədliyyə sahəsində xidmətlər üzrə" sözləri "notariat, qeydiyyat və reyestr üzrə" sözləri ilə əvəz edilsin;
5.2. 57.1-ci bənddə "İcra baş idarəsinin" sözləri "İcra xidmətinin" sözləri ilə əvəz edilsin;
5.3. 65-ci hissədə birinci halda "Bələdiyyələrlə iş mərkəzinin" sözləri "Bələdiyyələrlə iş baş idarəsinin" sözləri ilə, "Bələdiyyələrlə iş mərkəzinin rəisi" sözləri "bələdiyyələrlə iş sahəsində müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2024-cü il
Sentyabrın 22-si axşamadək Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı hava şəraiti davam edəcək
Türkiyədə İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinən 88 şəxs saxlanılıb
AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib
Ağdamda istehsal olunan ayaqqabılar həm də ixrac ediləcək
Vitali Borisov komandasından razı qalıb
Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
Vaşinqtonda Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına həsr olunmuş görüş keçirilib
Britaniya XİN başçısı Livandakı vəziyyətlə bağlı təcili iclas keçirib
Moskvada MDB İqtisadi Şurasının 103-cü iclası olub
Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə
Türkiyənin Milli Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib
Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
Antiterror tədbirləri ilə həm də Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə layiqli cavab oldu
Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı olub
Qərbi Azərbaycan İcması İsveçrənin bir qrup deputatının ölkəmizə qarşı təxribatına etiraz edib
Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin konfransında Ermənistanın mina terrorundan danışılıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!