30 Iyul 2022 02:13
1064
Qanunlar

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009,      № 6, maddə 395; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497; 2018, № 3, maddə 399, № 5, maddə 886, № 12 (I kitab), maddə 2481; 2019, № 7, maddə 1194; 2020, № 4, maddə 394, № 7, maddə 826; 2021, № 8, maddə 897, № 12, maddə 1316) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  21-ci maddə üzrə:

1.1.1.  birinci, ikinci və altıncı hissələr ləğv edilsin;

1.1.2. üçüncü hissədə "2475 manat miqdarında" sözləri "3550 manat məbləğində" sözləri ilə əvəz edilsin;   

1.1.3. beşinci hissədə "bir misli məbləğində" sözləri "iki misli həcmində" sözləri ilə əvəz edilsin;

1.2. 29-cu maddənin ikinci cümləsi çıxarılsın.

Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video