31 Dekabr 2021 01:33
258
Fərmanlar
A- A+

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 417-VIQD nömrəli Qanununun tətbiqi və  “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və  əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 116 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 417-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə  qərara alıram:

1.         Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 30-4-cü maddəsinin dördüncü hissəsində, 30-6-cı maddəsinin ikinci hissəsinin 1-ci və 2-ci bəndlərində, dördüncü hissəsinin 2-ci və 4-cü bəndlərində, beşinci hissəsinin 3-cü bəndində və yeddinci hissəsinin 5-ci bəndində, 30 7-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, 30-9-cu maddəsinin birinci və ikinci hissələrinin dördüncü abzaslarında və dördüncü hissəsində, 30-10-cu maddəsinin adında və mətnində (hər iki halda) və 30-11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 30-9-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 30-4-cü maddəsinin dördüncü hissəsində, 30-6-cı maddəsinin yeddinci hissəsinin 5-ci bəndində, 30-7-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci cümləsində, 30-9-cu maddəsinin birinci hissəsinin dördüncü abzasında və dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 30-6-cı maddəsinin ikinci hissəsinin 1-ci və 2-ci bəndlərində, dördüncü hissəsinin 2-ci və 4-cü bəndlərində, beşinci hissəsinin 3-cü bəndində, 30-7-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 30-10-cu maddəsinin adında və mətnində (hər iki halda) və 30-11-ci maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 417-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 624) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

 2.1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 30-4-cü maddəsinin dördüncü hissəsində, 30-6-cı maddəsinin ikinci hissəsinin 1-ci və 2-ci bəndlərində, dördüncü hissəsinin  2-ci və 4-cü bəndlərində, beşinci hissəsinin 3-cü bəndində və yeddinci hissəsinin 5-ci bəndində, 30 7-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, 30-9-cu maddəsinin birinci və ikinci hissələrinin dördüncü abzaslarında və dördüncü hissəsində, 30-10-cu maddəsinin adında və mətnində (hər iki halda) və 30-11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 30-9-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 30-4-cü maddəsinin dördüncü hissəsində, 30-6-cı maddəsinin yeddinci hissəsinin 5-ci bəndində, 30-7-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci cümləsində, 30-9-cu maddəsinin birinci hissəsinin dördüncü abzasında və dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 30-6-cı maddəsinin ikinci hissəsinin 1-ci və 2-ci bəndlərində, dördüncü hissəsinin 2-ci və 4-cü bəndlərində, beşinci hissəsinin 3-cü bəndində, 30-7-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 30-10-cu maddəsinin adında və mətnində (hər iki halda) və 30-11-ci maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

4. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video