19 Iyul 2022 17:57
1281
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ailə və sosial xidmətlər nazirini qəbul edib   YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Derya Yanık Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı 15 İyul - Demokratiya və Milli Birlik Günündə Türkiyə Prezidenti ilə telefon danışığını məmnunluqla xatırladı. Prezident İlham Əliyev 15 İyul gününün tarixi gün olduğunu qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın səyləri və liderliyi ilə Türkiyə xalqının bu çətin sınaqdan şərəflə çıxdığını bir daha bildirdi və vurğuladı ki, hazırda Türkiyənin inkişaf yolunda olması, ölkədə sabitliyin hökm sürməsi xalqımızı çox sevindirir.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqlarından son dərəcə məmnunluqlarını ifadə etdi və Prezident İlham Əliyevin liderliyi sayəsində qazanılan Qarabağ Zəfəri ilə bağlı böyük sevinc hissi keçirdiklərini bir daha vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyi və dostluğunun bütün sınaqlardan şərəflə çıxdığını dedi. Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərə toxunan Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərimizin ən yüksək zirvəyə qalxdığını qeyd etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu Bəyannamənin müqəddəs şəhərimiz olan Şuşada imzalanması xüsusi önəm daşıyır.

Sonra dövlətimizin başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev bu gün dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, Derya Yanıkın səfərinin ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyi bildirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video