Azərbaycan Prezidenti İlham Əliyev \"Total\" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Maykl Borrellin başçılıq etdiyi "Total" şirkətinin nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" blokunda iri qaz yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizdə yeni qaz yatağının kəşf olunmasının Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcəyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur. Dövlətimizin başçısı uzun illərdir Fransanın "Total" şirkətinin Azərbaycanda bir sıra layihələrdə uğurla fəaliyyət göstərdiyini və yeni qaz yatağının kəşfinin böyük nailiyyət olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirmək üçün bundan sonra da məqsədyönlü və ardıcıl siyasətini davam etdirəcəyini vurğuladı.
"Total" şirkətinin baş vitse-prezidenti Mayk Borrell "Abşeron" blokunda iri qaz yatağının kəşfinin mühüm hadisə olduğunu bildirdi. Maykl Borrell "Total" şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurla əməkdaşlıq etdiyini dedi. O, "Abşeron" yatağında "Total" şirkətinin həyata keçirdiyi işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Maykl Borrell Fransanın "Total" şirkətinin Azərbaycan ilə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu vurğuladı.
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Abşeron" blokundakı yeni qaz yatağının texniki-iqtisadi göstəriciləri və perspektivdə görüləcək işlər barədə təqdimat verdi.
Prezident İlham Əliyev "Abşeron" blokunda iri qaz yatağının kəşfi münasibətilə xalqımızı, bu layihənin reallaşmasında iştirak edən insanları təbrik etdi və yeni-yeni uğurlar arzuladı. Dövlətimizin başçısı yeni yatağın Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikamızın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqımızın maddi rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğuladı.
Sonra Prezident İlham Əliyev "Abşeron" blokunda yeni qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlama verdi.
(Dövlətimizin başçısının mətbuata açıqlaması qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc edilir).
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
28 May
Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib
28 May
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb
28 May
Mayın 28-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 597 doza vaksin vurulub
28 May
Hyustonda 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
28 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
28 May
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı paylaşım edib
28 May
Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub
28 May
Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
28 May
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvidən
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!