16 Iyun 2022 16:34
762
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti İlir Meta ilə görüşüb YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Albaniya Prezidenti Bakı şəhərində inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi və son səfərindən keçən dövrdə Azərbaycan paytaxtının daha da gözəlləşdiyinin şahidi olduqlarını dedi. Prezident İlham Əliyevə və Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi. Prezident İlir Meta işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzuladı. Albaniya və Azərbaycan xalqlarının qardaş xalqlar olduğunu deyən İlir Meta gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini məmnunluqla bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdi və vurğuladı ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.

İşğaldan azad edilmiş ərazilərimizdə dağıntıların miqyasının çox böyük olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, xarici jurnalistlər, siyasətçilər və digər rəsmi şəxslər həmin ərazilərə səfər edərək bunun şahidi olurlar. Azərbaycanın mina problemi ilə üzləşdiyini deyən dövlətimizin başçısı indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını vurğuladı.

Söhbət zamanı iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video