05 Noyabr 2022 21:48
1036
Elm və texnika
A- A+

Azərbaycan ilə Türkiyə arasında əqli mülkiyyət sahəsində anlaşma memorandumu imzalanıb

 

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin və Türkiyə Respublikasının Vitse-prezidentinin iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent) arasında sənaye mülkiyyətinin qorunması haqqında anlaşma memorandum imzalanıb. Sənədi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov və Türkpatentin sədri Cemil Başpınar imzalayıblar.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, anlaşma memorandumu ölkələrimiz arasında iqtisadi, elmi və texnologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə vermək, Azərbaycan və Türkiyədə əqli mülkiyyət hüquqlarının qorunması və təminatı üçün daha əlverişli şəraiti təmin etmək, güclü milli və qlobal iqtisadiyyatın inkişafı üçün innovasiyaya investisiya yatırımını təşviq etmək, biliyə əsaslanan cəmiyyətin qurulması və yeni texnologiyaların tətbiqi üçün əqli mülkiyyət vasitəsilə sahibkarlıq ruhunu gücləndirmək, qurumlar arasında mütəmadi məlumat və yaxşı təcrübə nümunələrinin mübadiləsini təmin edərək və birgə tədbirlər təşkil edərək mövcud əqli mülkiyyət sistemlərini gücləndirmək məqsədi daşıyır.

Anlaşma memorandumuna əsasən, tərəflər əqli mülkiyyət sahəsində milli qanunvericiliyi və təcrübələri haqqında məlumat mübadiləsi aparmaq və bu məqsədlə konkret əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək, Azərbaycan və Türkiyədəki əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarının qeydiyyatı və effektiv bir şəkildə qorunmasını təmin etmək üçün əməkdaşlıq etmək, regional və beynəlxalq səviyyədə sənaye mülkiyyətinin effektiv qorunmasını təmin etmək üçün üçüncü ölkələr və beynəlxalq təşkilatlarla müştərək əməkdaşlıq imkanlarını inkişaf etdirmək, sənaye mülkiyyəti sahəsində beynəlxalq layihələrdə birgə yanaşmanı formalaşdırmaq, sənaye mülkiyyəti sahəsində ictimaiyyətin düşüncəsinin inkişaf etdirilməsi və maarifləndirmənin artırılması məqsədi ilə görülən işlər barədə məlumat və təcrübə mübadiləsi aparmaq, bu məqsədlə birgə fəaliyyətlər təşkil etmək barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video