Azərbaycan idmançısı Avropa Gəncləri Qış Olimpiya Festivalında iştirak edir
Yanvarın 21-də İtaliyanın Friuli Venesiya Culiya muxtar vilayətində Avropa Gəncləri Qış Olimpiya Festivalına start verilib.
Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, festivalın açılış mərasimi Trieste şəhərinin “Piazza Unità D Italia” mərkəzi meydanındakı açıq havada keçirilib. Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev iştirak ediblər. Şef de-mission Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin üzvləri paraddan keçiblər.
Paradda 14 idman növü üzrə yarışlarda iştirak edən 2300 yeniyetmə idmançı təmsil olunub. İşıq və lazer şousu vasitəsilə tamaşaçılara suyun birləşdirici və həyat mənbəyi olması ilə bağlı mesajlar verilib. Açılış mərasimində təşkil olunan xüsusi şouda buluddan yağışa, çaya, dənizə və qara çevrilən suyun yolu ilə Friuli Venesiya Culiyaya səyahət təşkil olunub. Festival iştirakçılarının Olimpiya çempionluğuna gedən yollarını, təcrübəsini və əzmini simvolizə edən məqamlara toxunulub.
Sonra Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu - velosipedçi Conatan Milan festivalın məşəlini alovlandırıb.
Səkkiz gün davam edəcək festivalda ölkəmiz fiqurlu konkisürmə üzrə komandamızın üzvü, 14 yaşlı Səbinə Əliyeva ilə təmsil olunur. Atletimizin ilk çıxışı yanvarın 25-də qısa proqram üzrə olacaq. İki gün sonra isə təmsilçimiz sərbəst proqramda mübarizə aparacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransızlar Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər ölüb
25 Aprel
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!