Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyi qeyd edilib
Dekabrın 23-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yubiley münasibətilə videoçarx nümayiş olunub.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov mərasimdə çıxış edərək AGF-in ötən 20 ildə olduqca şərəfli yol qət etdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi vaxtdan Azərbaycan gimnastikasının böyük uğurlara imza atdığını vurğulayan Altay Həsənov deyib: “İdmançılarımız ötən müddətdə beş Olimpiadada iştirak edib, dünya çempionatlarında və digər böyük yarışlarda medallar qazanıblar. AGF Beynəlxalq və Avropa Gimnastika federasiyalarının fəal üzvüdür. Hamımız bir ailə kimiyik. Əminik ki, gimnastlarımız ənənələri davam etdirərək daha böyük nailiyyətlər qazanacaqlar”.
Şuşada gimnastika növləri üzrə birgə yarışların keçirildiyini xatırladan AGF-in vitse-prezidenti bu yarışın əsl bayrama çevrildiyini vurğulayıb.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov cari ilin ölkə idmanı üçün bir çox yubileylərlə əlamətdar olduğunu bildirib, bu baxımdan Milli Olimpiya Komitəsinin 30, Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileylərini xüsusi vurğulayıb. Nazir ötən 20 ildə Azərbaycan Gimnastika Federasiyasının Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox böyük uğurlar əldə etdiyini deyib. Federasiyanın ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində genişmiqyaslı fəaliyyətini qeyd edən Fərid Qayıbov Milli Gimnastika Arenasının dünyada analoqu olmayan mükəmməl idman qurğusu kimi tanındığını bildirib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yubiley münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, Mehriban xanım Əliyevanın federasiyaya rəhbərlik etdiyi ötən 20 ildə Azərbaycan gimnastikası sürətli inkişaf yolu keçib. Bu gün AGF dünyanın aparıcı gimnastika federasiyalarından biridir. Azərbaycan gimnastika üzrə ən mühüm beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edib. “Həqiqətən də idman gimnastika ilə başlayır, atletika ilə davam edir”, - deyə Ç.Hüseynzadə bildirib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxışında ötən illərdə gimnastika üzrə böyük nailiyyətlərin qazanıldığını vurğulayıb. Mariana Vasileva Azərbaycanda gimnastikanın belə yüksək inkişafına görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Sonra federasiyanın 20 illik uğurlu fəaliyyətindən bəhs edən “20 il inkişafda” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə digər çıxış edənlər də AGF-in yubileyi münasibətilə təbriklərini çatdırıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Günay Sığorta" ASC
18 Aprel
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
17 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Aprel
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
17 Aprel
Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əs...
17 Aprel
Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!