07 Sentyabr 2022 16:57
951
Səhiyyə
A- A+

Azərbaycan balı təbiiliyi və keyfiyyətinə görə dünyada 3-cü olub

 

Türkiyənin İstanbul şəhərində Arıçılıq Assosiasiyalarının Beynəlxalq Federasiyasının (APİMONDİA) 47-ci Konqresi keçirilib. Tədbirdə ölkəmizi Arıçılıq Assosiasiyasının, Peşəkar Arıçılar Birliyinin 22 nəfərdən ibarət üzvi təmsil edib.

Konqresə arıçılarla yanaşı, mütəxəssislər, sahibkarlar, texniki işçilər və rəsmi şəxslər də daxil olmaqla dünyanın 44 ölkəsindən 161 iştirakçı qatılıb. Konqresdə arıçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb, arıçılıq məhsullarının sərgisi keçirilib, istehsal olunan arı məhsullarının müsabiqəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan arıçıları milli pavilyonda öz məhsullarını nümayiş etdiriblər. Ziyarətçilərə Azərbaycanın genofondu olan Bozdağ Qafqaz arısı, eyni zamanda, arıçılığın inkişafı ilə bağlı dövlət dəstəyi barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib. Pavilyonda ziyarətçilərə Azərbaycan balının dadı, ətri və özəllikləri, bal nümunələri təqdim olunub.

APİMONDİA-nın strategiyasına uyğun olaraq konqresdə iştirak edən ölkələr öz məhsullarını müsabiqəyə çıxararaq yarışda iştirak ediblər. Azərbaycan istehsalı olan arıçılıq məhsulları da müsabiqəyə təqdim olunub. Müsabiqədə ballar 7 ölkədən seçilmiş 42 nəfərlik münsiflər heyəti tərəfindən dəyərləndirilib. Balların təbiiliyi, keyfiyyəti, nəmliyi, mənşəyi, tərkibində antibiotiklər və digər qalıqların olub-olmaması yoxlanılıb, görünüşü, dadı, qoxusu, ətri qiymətləndirilib.

VII Azərbaycan Arıçılıq Konfransdakı bal müsabiqəsində 1-ci və 2-ci yer olmaqla, 5 medal qazanan “Qinyətoğulları” şirkəti bu dəfə dünya səviyyəsində 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video