11 Dekabr 2024 12:21
348
İQTİSADİYYAT
A- A+
Azərbaycan Avropaya qaz ixracını 8 faizədək artırıb

Azərbaycan Avropaya qaz ixracını 8 faizədək artırıb

Cari ilin yanvar-noyabr aylarında 45,8 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya 11,7 milyard kubmetr (7,8 faiz artım), Türkiyəyə 9 milyard kubmetr (3,4 faiz artım), Gürcüstana isə 2,2 milyard kubmetr (12 faiz az) qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il dekabrın 1-dək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 600,1 milyon ton neft, 228,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qaz ixraca nəql edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan tutduğu düzgün yolla uğurla addımlayır

08:40
26 Yanvar

Dünyada müstəmləkəçilik dövrü bitməlidir

08:35
26 Yanvar

Aİ "missiya" adı altında bölgəyə hərbi güc kimi yerləşmək niyyətindədir

08:30
26 Yanvar

"Gələcək üçün..."

08:25
26 Yanvar

18,5 milyon tondan çox yük, 8,5 milyon sərnişin

08:20
26 Yanvar

Neftçala seçkilərə hazırdır

08:15
26 Yanvar

16 min nəfərdən artıq namizəd mübarizə aparacaq

08:10
26 Yanvar

Beynəlxalq şirkətlərin Azərbaycana marağı daha da artır

08:05
26 Yanvar

Sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsi

08:00
26 Yanvar

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

21:42
25 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

21:39
25 Yanvar

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

21:35
25 Yanvar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

20:53
25 Yanvar

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

20:33
25 Yanvar

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

20:28
25 Yanvar

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

20:24
25 Yanvar

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

19:38
25 Yanvar

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

18:57
25 Yanvar

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

18:31
25 Yanvar

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

18:09
25 Yanvar

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

17:51
25 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!