24 Sentyabr 2022 00:41
503
ELANLAR
A- A+

AZAL yeni yüksəklikləri fəth edir və dünya miqyasında bir daha tanınır

 

AZAL-ın fəaliyyətinin uğurlu nəticələri yenidən layiqincə qiymətləndirilib və beynəlxalq miqyasda yüksək səviyyədə tanınıb. Azərbaycan aviaşirkətləri növbəti dəfə dünya mülki aviasiyasında göstərdikləri yüksəksəviyyəli xidməti və möhkəm mövqelərini təsdiq ediblər.
Aviaşirkətin Mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı və ölkənin ilk aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" şirkəti "Skytrax" tərəfindən dünya miqyasında "World Airline Awards 2022" nominasiyasında - "Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti" və "Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı aşağıbüdcəli aviaşirkəti" nominasiyasının qalibi olmuşdur.
Vəzifələrini ardıcıl yerinə yetirməsi və öz fəaliyyətinə yüksək diqqət göstərməsi Azərbaycan aviaşirkətlərinin nominasiyalarda qalib olması və sərnişinlər tərəfindən tanınması ilə nəticələnmişdir. Bu, bizim üçün parlaq qələbədir. Qeyd edək ki, "Skytrax" versiyasına görə ən yaxşı aviaşirkət uğrunda bu yarışma miqyası və sərt rəqabəti ilə fərqlənir.
"Azərbaycan Hava Yolları" aviaşirkəti bu kateqoriyada 11-ci dəfə mükafata layiq görülüb. Etibarlılıq və gözəl xidməti ilə seçilən, nisbətən gənc aviaşirkət olan "Buta Airways" isə ilk dəfə "Skytrax" tərəfindən nominasiyada qalib olub. 
"World Airline Awards" - aviasiya sahəsində ən statuslu mükafatlardan biridir. Hər il "World Airline Awards" mükafatının sahibləri mülki aviasiyanın ən yaxşı nümayəndələri olurlar. Məhsulun keyfiyyəti, sərnişinlərə göstərilən xidmətin səviyyəsi və uçuşların təhlükəsizliyi qiymətləndirmənin əsas meyarlarıdır.
AZAL brendinin qələbəsi Azərbaycan aviaşirkətlərinin qlobal aviasiya bazarında mükəmməl işinin parlaq sübutudur. Bu tanınma ikiqat qiymətlidir, belə ki,  o, dünya və Azərbaycan mülki aviasiyası üçün son dərəcə çətin şəraitdə - pandemiya şəraitində əldə edilmişdir. Lakin çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycan aviaşirkətləri sərnişinlərə yüksəkkeyfiyyətli xidmətin göstərilməsi, uçuşların təhlükəsizliyinin və rahatlığının təmin olunması üçün nə lazımdırsa etmişdilər. Etibarlı və gənc hava gəmiləri parkı, uçuşların coğrafiyasının davamlı inkişafı, uçuşların yüksəksəviyyəli xidməti və təhlükəsizliyi "Azərbaycan Hava Yolları" və "Buta Airways" şirkətlərinin beynəlxalq arenadakı uğurlarına zəmanət verir.
Sentyabrın 23-də dünyanın ən qədim paytaxtlarından və "Azərbaycan Hava Yolları"nın marşrut şəbəkəsinə daxil olan istiqamətlərdən biri olan Londonda Azərbaycan aviaşirkətlərinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" sərnişin aviaşirkəti həmçinin "Skytrax" tərəfindən "4 ulduz" reytinqinə layiq görülmüşdür. Bu status aviaşirkət tərəfindən havada və yerdə təklif edilən xidmətlərin keyfiyyətini yoxlayan müstəqil auditin nəticələrinə əsasən əldə edilir.
"Aviaşirkətlərin göstərdiyi xidmətlərin yoxlanılması sahəsində nüfuzlu təşkilat olan "Skytrax" bir daha bizim fəaliyyətimizi yüksək qiymətləndirib. Qeyd edim ki, AZAL-ın bütün nailiyyətləri və uğurları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və dəstəyi sayəsində mümkün olmuşdur. Bu nominasiyalarda qələbə bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan aviaşirkətləri tərəfindən göstərilən xidmətin etibarlılığının və yüksək keyfiyyətinin təminatı, həmçinin beynəlxalq aləmdə onlar tərəfindən qəbul olunmasının sübutudur. AZAL daim brendin təkmilləşdirilməsi üzərində çalışır və hər zaman öz sərnişinlərinə qarşı diqqətli olur", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
"Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti" mükafatına 11-ci dəfə layiq görülməsi "Azərbaycan Hava Yolları" aviaşirkətinin fantastik nailiyyətidir. Son 18 ayın bütün çağırışlarına baxmayaraq, sərnişinlərin dəstəyi "Azərbaycan Hava Yolları"nın rəhbərliyi və bütün kollektivi üçün qiymətlidir", - deyə "Skytrax"ın icraçı direktoru Edvard Playsted bildirib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu  Bakıda "Skytrax" şirkətinin ən yüksək reytinqinin - "5 Ulduz" mükafatının sahibidir. O, həmçinin "Skytrax" "World Airport Awards" versiyasına görə dəfələrlə Mərkəzi Asiya və MDB ölkələri üzrə ən yaxşı hava limanı reytinqinə başçılıq edib.  
"Skytrax" müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşmış nüfuzlu Britaniya şirkətidir.  Şirkət aviadaşıyıcıların və hava limanlarının xidmətinin keyfiyyətini qiymətləndirmək məqsədilə hər il sərnişinlər arasında müxtəlif  sorğular keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video